АНАЛИЗ МОРФО-ФУНКЦИОНАЛЬНЫХ ПОКАЗАТЕЛЕЙ НА ФОНЕ НЕЙРОПЕПТИДНОЙ ТЕРАПИИ БОЛЬНЫХ ГЛАУКОМОЙ

Authors

  • Касимов Э.М.
  • Кадымова Ф.Э.
  • Ибрагимова С.Н.

Keywords:

qlaukoma, Retinalamin, morfo-funksionalparametrlər

Abstract

Məqsəd - birincili açıqbucaqlı qlaukoma zamanı tor qişanın müxtəlif qatlarının vəziyyətinin və Retinalaminin
onlaratəsirinin öyrənilməsi.

Material və metodlar
Tədqiqatlar 58-72 yaş arasında 58 pasiyent üzərində aparılmışdır (orta yaş həddi 65,2±2,5 il təşkil etmişdir).
Bütün pasiyentlər iki qrupa bölünmüşdür: I qrup - birincili aşıqbucaqlı qlaukoma ilə 30 pasiyent; II qrup - 28
sağlam şəxs.
I qrup iki yarımqrupa bölünmüşdür: I yarımqrup 18 pasiyent - yalnız hipotenziv terapiya təyin edilmişdir; II
yanmqrup 12 pasiyent - hipotenziv terapiya ilə yanaşı əzələ daxili inyeksiya kimi Retinalamin yeridilmişdir.
Pasiyentlərin seçim meyarı ağır oftalmopatologiyanın və somatik patologiyanın qeyri-mövcudluğu olmuşdur. Bütün pasiyentlərə ümumi qəbulolunmuş oftalmoloji müayinələr - görmə itiliyinin, görmə sahəsinin təyini,
tonimetriya, qonioskopiya, oftalmoskopiya aparılmışdır. Bundanəlavə qeyri-ənənəvi müayinələr-HRT (Heidelberg
Engineering, Almaniya), elektrofizioloji müayinə (EP-1000 cihazında), fotostress-test (E.V.İvanitskaya üsulu ilə)
yerinə yetirilmişdir.

Alınan nəticələr
Nəticələr 58 pasiyentin üzərində müşahidələrə əsaslanmışdır. Müşahidə dövrü bir il altı ay təşkil etmişdir.
Torlu qişanın mürəkkəb quruluşu onun çoxsaylı fuksional imkanları ilə xarakterizə olunur. Qlaukomada
funksional pozuntular torlu qişanın morfolojı dəyişiklikləri ilə əlaqəlidir. Hətta cüzi struktur dəyişikliklər
funksional pozuntuların səbəbi olur. Morfo-funksional birlik qeyd olunur. Həmin birlik belə ifadə olunur: Torlu
qişanın qanqlioz hüceyrələri kompleksin qalınlığının azalması - ERQ amplitudasının və letentliyinin azalması.
JRL kompleksin qalınlığının azalması - ERQ B dalğasının amplitudasının azalması.
RPE qatının incəlməsi - foto-stress üçün readaptasiya müddətinin uzadılması, qaranlığa uyğunlaşmanın
pozulması.
Morfoloji və funksional göstəricilərin nəticələri torlu qişanın və optik sinirin bütün strukturlarının, yəni ki optik
sinirin bütün gözdaxili hissəsinin, patoloji prosesə cəlb edilməsini göstərir.

Yekun
Qlaukomanın diaqnostikası hətta müasir morfo-funksional səviyyədə mürəkkəbdir. Buna görə də cüt gözlə
müqayisə etmək vacibdir.
Retinalamin ilə müalicə alan xəstələrdə müalicədən sonra 6 ay ərzində bütün morfoloji və funksional
parametrlərin müsbət dinamikası sübut edilmişdir.
Aparılan tədqiqatlar qlaukomanın diaqnostikasına və prosesin dinamikasına dair daha geniş bir yanaşma
imkanı verir. Əvvəllər diaqnostika və müşahidələr yalnız perimetrik göstəricilərə əsaslanırdısa, bu gün ilk növbədə
patoloji prosesin morfoloji və funksional göstəricilərinə əsaslanır. 

Downloads

Download data is not yet available.

Published

2020-01-23

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Касимов Э.М. et al. 2020. АНАЛИЗ МОРФО-ФУНКЦИОНАЛЬНЫХ ПОКАЗАТЕЛЕЙ НА ФОНЕ НЕЙРОПЕПТИДНОЙ ТЕРАПИИ БОЛЬНЫХ ГЛАУКОМОЙ. The Azerbaijan Journal of Ophthalmology. 31 (Jan. 2020), 43–49.
Article Footer

Similar Articles

1-10 of 113

You may also start an advanced similarity search for this article.