РАСПРОСТРАНЕННОСТЬ ГЛАУКОМЫ В СЕВЕРО-ЗАПАДНЫХ РАЙОНАХ АЗЕРБАЙДЖАНА В 2013-2015 ГОДАХ

Авторы

  • Касимов Э.М.
  • Ибрагимова С.Н.
  • Агаева Ф.А.

Açar sözlər:

qlaukoma, rast gəlmə tezliyi, Azərbaycan

Xülasə

Məqsəd – Şəki, Zakatala və Qax rayonlarında 2013-2015-ci illərdə qlaukoma xəstəliyin yayılmasının tədqiqi.

Material və metodlar
Mərkəzi Şəki və Mərkəzi Zakatala xəstəxanalarında qlaukoma diaqnozu ilə olan xəstələrin tibbi kartaları analiz olunmuşdur.

Nəticə
Şəki rayonunda – 171 xəstə, Zakatala rayonunda – 8 xəstə, Qax rayonunda isə 19 xəstə qlaukoma diaqnozu ilə qeydiyyata alınmışdır. Şəki rayonunda 2013-cü ildə – 78, 2014-cü ildə – 135 və 2015-ci ildə – 171 xəstə qeydiyyata götürülmüşdür. Zakatala rayonunda 2013-cü ildə – 6, 2014-cü ildə – 7, 2015-ci ildə isə – 8 xəstə qeydiyyatdan keçmişdir. Qax rayonunda isə 2013-də – 9, 2014 – 14, 2015-ci ilde – 19 xəstədə qlaukoma xəstəliyi aşkar olunmuşdur. Analiz nəticəsində məlum oldu ki, Şəki rayonunda birincili açıqbucaqlı qlaukoma (BABQ) – 113, birincili qapalıbucaqlı qlaukoma (BQBQ) – 1, neovaskulyar qlaukoma – 8, fakolitik qlaukoma – 1, psevdoeksfoliativ qlaukoma – 1, travmatik qlaukoma – 2 və oftalmohipertenziya – 3 xəstədə əşkar olunmuşdur. Zakatala rayonunda BABQ diaqnozu ilə 4, BQBQ – 1, steroid qlaukoma – 1 və uveal qlaukoma ilə – 1 xəstə qeydiyyata alınmışdır. Qax rayonunda BABQ ilə – 8, BQBQ – 1 və travmatik qlaukoma ilə – 1 xəstə qeydiyyatda olmuşdur. Şəkidə – 67%, Zakatalada – 62,5%, Qaxda isə – 52,6% hallarda birinci dəfə müraciət edən xəstələrdə ilkin müayinə zamanı terminal qlaukoma diaqnozu təyin edilib, bu da xəstələrin gecikmiş müraciətindən və qlaukomanın erkən mərhələlərdə aşkar edilməməsindən xəbər verir.

Yekun
Qlaukoma korluğa aparan bir xəstəlik kimi çox böyük tibbi ve sosial əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbycan Respublikasının Şimal-qərb bölgələrində qlaukoma ilə xəstələrin sayı artmaqdadır və terminal qlaukoma ilə xəstələrin sayı çoxdur. Bununla əlaqədar olaraq, qlaukomanın erkən mərhələlərdə aşkar olunması üçün skrininq proqramlarının Azərbaycanın bütün rayonlarında keçirilməsi, bölgələrdə işləyən oftalmoloqların ixtisasının artırılması və təbliğat işi aparılması, əhaliyə qlaukoma haqqında məlumatın verilməsi vacibdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.06.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2016. РАСПРОСТРАНЕННОСТЬ ГЛАУКОМЫ В СЕВЕРО-ЗАПАДНЫХ РАЙОНАХ АЗЕРБАЙДЖАНА В 2013-2015 ГОДАХ. Azərbaycan Oftalmologiya Jurnalı. 21 (Jun. 2016), 54–58.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>