МЕДИКО-СОЦИАЛЬНЫЕ АСПЕКТЫ ИНВАЛИДНОСТИ ВСЛЕДСТВИЕ ГЛАУКОМЫ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ
Açar sözlər:
əlillik, tibbi-sosial aspektlər, qlaukomaXülasə
İşin məqsədi: Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan birincili və təkrar əlilliyin
xüsusiyyətləri və dinamikasının öyrənilməsi.
Təyin edilmişdir ki, Azərbaycan Respublikasında birincili əlilliyin səviyyəsi hər on min nəfər yaşlı əhaliyə
2005-ci ildə 0,11-dən 2007-ci ildə 0,53-qə qədər qalxmışdır. Orta göstərici 0,32 təşkil edir.
Öyrənilən müddət ərzində Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan əlilliyin orta səviyyəsi
10 min əhaliyə iş qabiliyyətinə malik olan yaşda 0,16, təqayüd yaşında 1,77 olmuşdur.
Qlaukoma nəticəsində yaranan təkrar əlilliyin orta səviyyəsi 10 min yaşlı əhaliyə 6 il ərzində 1,22 olmuşdur.
Tədqiqatın aparılan müddətində əlilliyin ən kiçik səviyyəsi 2005-ci ildə qeyd olunmuşdur - 0,47; 2007-ci ildə isə
bu göstərici 3,6 dəfə artmış və 10min əhaliyə 1,69 olmuşdur.
Öyrənilən 6 il ərzində qlaukoma nəticəsində yaranan təkrar əlilliyin səviyyəsi həmin patologiya nəticəsində
əmələ gələn birincili əlliyin səviyyəsindən 3,8 dəfə artıq olmuşdur.
2004-2009-cu ilərdə Azərbaycan Respublikasında qlaukoma nəticəsində yaranan əlilliyin ümumi analizi
göstərdi ki, həmin patologiyanın yayılmasının 10 min yaşlı əhali arasında orta göstəricisi 1,37 olmuşdur.
Tədqiqat işi göstərmişdir ki, öyrənilən müddət ərzində qlaukoma nəticəsində yaranan əlillik dalğavari artmaq
tendensiyasına malik olmuşdur.