NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QLAUKOMANIN EPİDEMİOLOJİ SƏCİYYƏLƏRİNİN MÜASİR XÜSUSİYYƏTLƏRİ
Açar sözlər:
qlaukoma, epidemioloji səciyyə, xəstələnmə, yayılma, orta səviyyəXülasə
Məqsəd – Naxçıvan Muxtar Respublikasında (NMR) qlaukoma xəstəliyinin epidemioloji səciyyələrinin xüsusiyyətlərini qiymətləndirmək.
Material və metodlar
Müşahidə NMR-nın müalicə-proflaktika müəssisələrində aparılmış, 2015-2021-ci illərdə sənədləşdirilmiş bütün qlaukoma diaqnozları barədə məlumatlar toplanmışdır. Qlaukoma diaqnozunun klinik protokollara müvafq qoyulması yoxlanılmış və statistik işləmə üçün klinik və instrumental metodlarla təsdiq olunmuş diaqnozlar seçilmişdir. Xəstələnmə və yayılma göstəriciləri əhalinin 100 min nəfərinə görə hesablanmışdır.
Nəticə
Xəstələnmə səviyyəsi bütün inzibati vahidlər üzrə 2017-ci ildə maksimal olmuş: 14,8±3,80 ⁄ 0000 Şərur rayonu ilə 44,5±6,70 ⁄ 0000 Naxçıvan şəhəri intervalında olmuşdur. NMR-da qlaukomanın əhali arasında yayılması 2015-2017-ci illərdə dinamik artmışdır: 34,8±2,80 ⁄ 0000 -dən 113,7±5,0-ə qədər. Artma tempi 2015-2018-ci illərdə yüksəkdir 34,8±2,80 ⁄ 0000-dən 100,5±4,70 ⁄ 0000-ə qədər, artım 2,9 dəfə, sonrakı illərdə artma tendensiyası qalmış, amma onun tempi azalmışdır (100,5±4,70 ⁄ 0000-dən 113,7±5,00 ⁄ 0000-ə qədər; artım1,13 dəfə).
Yekun
Əhalinin qlaukoma ilə xəstələnmə səviyyəsi 2015-2021-ci illərdə NMR-da 3,7-30,20 ⁄ 0000 intervalında olmuş, (orta xronoloji göstərici 14,70 ⁄ 0000), təqvim illərində xaotik dəyişmişdir. Əhalinin qlaukoma ilə ümumi xəstələnmə səviyyəsi 2015-2021-ci illərdə dinamik artmışdır (34,8±2,80 ⁄ 0000-dən 113,7±5,00 ⁄ 0000-ə qədər). Əhalinin qlaukoma ilə xəstələnmə və qlaukomanın yayılma səviyyəsinə görə NMR-nın iqtisadi əraziləri bir-birindən kəskin fərqlənir: xəstələnmənin xronoloji orta səviyyəsi Şərurda və Culfada müvafq olaraq 6,5 və 7,70 ⁄ 0000, yayılmanın xronoloji orta səviyyəsi Ordubadda və Şərurda müvafq olaraq 52,3 və 47,90 ⁄ 0000 nisbətən az, Sədərək və Şahbuzda (25,3 və 22,90 ⁄ 0000 xəstələnmə, 115,6 və 120,10 ⁄ 0000) nisbətən çoxdur.