РАСПРСТРАНЕННОСТЬ РАЗЛИЧНЫХ ФОРМ ГЛАУКОМЫ С УЧЕТОМ ВОЗРАСТНО-ПОЛОВОГО СОСТАВА ПАЦИЕНТОВ В НЕКОТОРЫХ РЕГИОНАХ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Авторы

  • Касимов Э.М.
  • Ибрагимова С.Н
  • Агаева Ф.А.
  • Эфендиева М.Э.
  • Мамедова Г.Ш.

Açar sözlər:

qlaukoma, yayılma, Azərbaycan

Xülasə

Məqsəd - Şəki, Zaqatala, Qax, Ağsu, Ağdaş, Quba və Xaçmaz rayonlarında və Gəncədə 3 il ərzində (2013- 2015-ci illərdə) pasientlərin yaş və cins tərkibi nəzərə alınaraq qlaukomanın müxtəlif formalarının yayılmasının tədqiqi.

Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində yaradılmış Azərbaycan Respublikasında qlaukomanın erkən aşkar olunması və dispanserizasiyası proqramı çərçivəsində retrospektiv tədqiqat Şəki, Zakatala, Qax, Ağsu, Ağdaş, Quba və Xaçmaz rayonlarında və Gəncədə 2013-2015-ci illərdə aparılmışdır. Qlaukomanın epidemiolojı vəziyyətinin öyrənilməsi üçün analiz Mərkəzi Şəki, Mərkəzi Zaqatala, Mərkəzi Ağdaş, Mərkəzi Ağsu, Mərkəzi Quba və Mərkəzi Xaçmaz xəstəxanalarında, onunla yanaşı U.Musabeyli adına şəhər oftalmolojı xəstəxanasında və Gəncə Dəmir yol xəstəxanasında aparılmışdır. Qlaukoma diaqnozu ilə olan xəstələrin tibbi kartları təhlil olunmuşdur. Qlaukoma ilə ümumilikdə 1215 pasient aşkar olunmuşdur. Tədqiqat zamanı qlaukomanın müxtəlif formaları (Birincili açıq bucaqlı qlaukoma (BABQ), Birincili qapalı bucaqlı qlaukoma, fakogen, hemorraqik, steroid, travmatik, neovaskulyar, psevdoeksfoliativ, uveal, anadangəlmə, keratoplastikadan sonraki qlaukoma və oftalmohipertenziya) və mərhələləri (i başlanğıc, ii inkişaf etmiş, iii ifrat inkişaf etmiş, iV terminal), pasientlərin yaşı və cinsi nəzərə alınmışdır. Pasientlər 4 yaş qrupuna bölünmüşdülər: 1. 17>; 2. 18-40; 3. 41-65; 4. 65<.

Nəticə
Tədqiqat Azərbaycanın 8 rayonunda aparılmışdır. Ən çox qlaukoma ilə pasientlərin sayı Xaçmaz rayonunda (756 hal), ən az isə Zaqatala rayonunda (8 hal) qeydiyyata alınmışdır. Rayonlarda ilk dəfə aşkar olunan qlaukoma ilə pasientlərin sayının ildən ilə azalması, Gəncədə isə əksinə yüksəlməsi müşahidə olunur. Qlaukomanın kişilərdə daha çox rast gəlməsi qeydə alınmışdır. Xəstələrin çoxu yuxarı yaş qruplarına aiddir. Tədqiqat zamanı qlaukomanın müxtəlif formalarına rast gəlinmişdir. Bütün rayonlarda ən çox BABQ aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, Gəncədə psevdoeksfoliativ qlaukoma ilə olan pasientlərin, Şəkidə isə neovaskulyar qlaukoma ilə olan pasientlərin sayı digər rayonlar ilə müqayisədə daha çox idi. Pasientlərdə qlaukomanın mərhələlərinin təhlili aparılmışdır. Məlum oldu ki, ifrat inkişaf etmiş və terminal mərhələ ilə olan birinci dəfə müraciət edən pasientlərin sayı çoxluq təşkil edir. Bu hal pasientlərin gec müraciət etmələrindən, onunla bərabər qlaukomanın preperemetrik və başlanğıc mərhələsində aşkar olunmadığından həbər verir. Tədqiqat aparılarkən məlum oldu ki, Ağdaş rayonunda 2013 və 2014 illərdə qlaukoma ilə olan pasientlər qeydiyyata götürülməyib. Quba və Xaçmaz rayonlarında isə qlaukomanın formaları və mərhələləri nəzərə alınmayıb. Bu qlaukoma probleminə yetərincə diqqət olmadığını sübut edir.

Yekun
Beləliklə, aparılan tədqiqat nəticəsində, demək olar ki, qlaukoma xəstəliyi üçün cins fərgliyi xarakterikdir, pasientlərin arasında kişilərə daha çox rast gəlinir. Xəstələrin çoxu yuxarı yaş qruplarına aiddir (40 yaş <). Tədqiqat aparılan rayonlarda ən çox BABQ aşkar olunmuşdur. Qlaukoma ilə pasientlərin vaxtında aşkar böyük tibbi və sosial əhəmiyyət daşıyır. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının rayonlarında qlaukoma ilə xəstələrin sayı artmaqdadır və terminal qlaukoma ilə xəstələrin sayı yetərincə çoxdur. Bununla əlaqədar olaraq, qlaukomanın erkən mərhələlərdə aşkar olunması üçün skrininq proqramlarının Azərbaycanın bütün rayonlarında keçirilməsi zəruridir. Qlaukoma xəstəliyinin müxtəlif formalarının və mərhələlərinin diaqnostikası üçün bölgələrdə işləyən oftalmoloqların ixtisasının artırılması və təbliğat işinin aparmaqla, əhaliyə qlaukoma haqqında məlumat verilməsi vacibdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

01.12.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2016. РАСПРСТРАНЕННОСТЬ РАЗЛИЧНЫХ ФОРМ ГЛАУКОМЫ С УЧЕТОМ ВОЗРАСТНО-ПОЛОВОГО СОСТАВА ПАЦИЕНТОВ В НЕКОТОРЫХ РЕГИОНАХ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ. Azərbaycan Oftalmologiya Jurnalı. 22 (Dec. 2016), 61–68.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>