НАШ ОПЫТ ПРИМЕНЕНИЯ ЛЕКАРСТВЕННЫХ ПРЕПАРАТОВ ПЕПТИДНОЙ ПРИРОДЫ В КОМПЛЕКСНОМ ЛЕЧЕНИИ АТРОФИИ ЗРИТЕЛЬНОГО НЕРВА У ДЕТЕЙ

Авторы

  • Хасиева Б.А.

Açar sözlər:

uşaqlar, görmə sinirinin atrofyası, retinalamin, korteksin

Xülasə

Məqsəd – müxtəlif səbəbli görmə sinirinin atrofyası olan uşaqların müalicəsində retinalamin və korteksin preparatlarının effektliyinin qiymətləndirilməsi.

Material və metodlar
Korteksin və retinalamin preparatlarının effektliyi görmə sinirinin müxtəlif səbəbli atrofyası olan 35 uşaq üzərində aparılan araşdırmalar nəticəsində yoxlanılmışdır. Uşaqlar görmə qabiliyətinə gorə 3 müxtəlif qrupa bolünmüşdür (I qrup – 0,04-0,06; II qrup 0,07-0,09; III qrup 0,1-0,15), görmə siniri atrofyasının yaranma etiologiyasına görə 3 qrupa bölünmüşdür (I qrup – 16 (45,7%) – tor qişanın distrofyaları ilə; II qrup – 12 (34,2%) doğuş travmaları nəticəsində yaranan kəllədaxili təziqlə; III qrup – 7 (20%) – zədə nəticəsində yaranan görmə siniri atrofyası ilə pasiyentlər.

Nəticə
Korteksin və retinalamin preparatlarının görmə sinirinin müxtəlif səbəbli atrofyası olan uşaqlarda istifadəsi nəticəsində görmə qabiliyətinin artması müşahidə olunmuşdur. Peptid biorequlyatorların (korteksin, retinalamin) istifadəsi, tor qişada metabolizm proseslərinin yaxşılaşmasına, antioksidant proteksiyanın aktivləşməsinə, neyron və analizator arasında impulsların ötürücülüyün artmasına gətirir.

Yekun
Yan effektlərin olmaması korteksin və retinalamini uşaqlarda görmə sinirinin atrofyasının müalicəsində istifadə etməyə imkan verir. Peptid biorequlyatorların görmə sinir atrofyası olan uşaqların kompleks müalicəsinə əlavə olunması patolojı prosessin kompensasiyasını və bütövlüklə görmə sisteminin işinin aktivasiyasını təmin edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Хасиева Б.А. 2017. НАШ ОПЫТ ПРИМЕНЕНИЯ ЛЕКАРСТВЕННЫХ ПРЕПАРАТОВ ПЕПТИДНОЙ ПРИРОДЫ В КОМПЛЕКСНОМ ЛЕЧЕНИИ АТРОФИИ ЗРИТЕЛЬНОГО НЕРВА У ДЕТЕЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 131–136.