QLAUKOMA MÜALİCƏSİNDƏ DRENAJ CƏRRAHİYYƏSİNİN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI (ƏDƏBİYYAT İCMALI)

Müəlliflər

Açar sözlər

qlaukoma, qlaukoma drenaj cihazları, “Baerveldt” implant, “Ahmed valve”, “Molteno” implant, “PAUL” implant

Xülasə

Hazırda qlaukoma geri dönməz korluq, əmək qabiliyyətinin itirilməsi və əlillik səbəbləri arasında lider mövqelərdən birini tutmağa davam edir və bununla da xüsusi sosial əhəmiyyət kəsb edir. Eyni zamanda, xəstələnmə hallarının artım tendensiyası qlobal xarakter daşıyır. Medikamentoz terapiyasının bütün arsenalına və antiqlaukomatoz cərrahiyyə metodlarının təkmiləşdirilməsinə baxmayaraq, daha yüksək təhlükəsizlik profili və maksimal effektivliyi təmin edə bilən yeni texnologiyaların axtarışı, hazırlanması və tətbiqi oftalmocərrahlar arasında böyük maraq doğurmağa davam edir.

Biz 131 il dövr ərzində qlaukomanın müasir cərrahi müalicə metodları ilə bağlı mövcud elmi nəşrlərin təhlilini apardıq. Bu icmal kliniki praktikada qlaukoma zamanı geniş istifadə olunan drenaj cihazlarına həsr olunub. Xüsusilə, son onillikdə sürətlə inkişaf edən drenaj mikroinvaziv antiqlaukomatoz cərrahiyyə texnologiyasına, qlaukoma xəstəliyinin erkən və inkişaf etmiş mərhələlərində ənənəvi müalicəyə alternativ kimi xüsusi diqqət yetirilir. Məqalədə drenajların tətbiqinin tarixi, onların təsnifatı, modellərin xüsusiyyətləri və implantasiya üsulları araşdırılır.

Drenaj cihazlarından istifadə olunan cərrahi metodlarla bağlı müxtəlif aspektlərin öyrənilməsinə dair təqdim olunan klinik tədqiqat nəticələri bu metodların müasir qlaukoma müalicəsi konsepsiyalarına uyğunluğunu aydın şəkildə nümayiş etdirməklə yanaşı, onların tətbiq sahəsinin genişləndirilməsinin məqsədəuyğunluğunu göstərir. Cərrahi travmanı minimuma endirmək və davamlı hipotenziya effekti əldə etmək məqsədilə daha qabaqcıl, patogenez baxımından əsaslandırılmış texnologiyaların axtarışının zəruriliyi heç bir şübhə doğurmur. Bununla belə, əminliklə demək olar ki, artıq bu gün drenaj cərrahiyyəsi müasir qlaukoma müalicə alqoritmində layiqli yer tutur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

01.10.2025

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Necə istinad edilir

[1]
Qasımov E.M. et al. 2025. QLAUKOMA MÜALİCƏSİNDƏ DRENAJ CƏRRAHİYYƏSİNİN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI (ƏDƏBİYYAT İCMALI). Azərbaycan Oftalmologiya Jurnalı. 17, 54 (Oct. 2025), 71–89.
Article Footer

Oxşar məqalələr

1-10 : 118

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.