РЕТИНАЛАМИН В НЕЙРОПРОТЕКТОРНОМ ЛЕЧЕНИИ ПАЦИЕНТОВ С ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМОЙ
Açar sözlər:
qlaukoma, neyroprotektor terapiya, retinalaminXülasə
Məqsəd – kompensasiya olunmuş ilkin açıqbucaqlı qlaukomalı pasiyentlərdə retinalaminin subtenon yeridilməsi müalicə metodunun effektivliyini qiymətləndirmək.
Material və metodlar
Tədqiqata kompensasiya olunmuş gözdaxili təzyiq ilə 56-70 yaş arasında pasiyentlər daxil edilmişdir. Bütün pasiyentlər iki qrupa bölünmüşdür: I qrup pasiyentlərə retinalamin subtenon boşluğa yeridilmişdir; II qrup pasiyentlər ənənəvi damar terapiyası almışdır. Müalicənin başlanğıcından 1, 3, 6 ay sonra pasiyentlərin kompleks müayinəsi – vizometriya, statik kompüter perimetriya, tonometriya, göz dibinin oftalmoskopiyası, lazer skanedici konfokal retinotomoqrafya aparılmışdır.
Nəticə və onların müzakirəsi
Retinalaminin subtenon yeridilməsindən sonra bütün pasiyentlərdə klinik göstəricilərin yaxşılaşması qeyd edilmişdir. Bu görmə sahəsinin genişlənməsi, görmə itiliyinin artması, HRT-in göstəricilərinə əsasən prosesin sabitləşməsi ilə təzahür olunurdu. Bununla yanaşı kontrol qrupda xəstələrin əksəriyyətində ilkin açıqbucaqlı qlaukoma gedişatının proqressivləşməsi müşahidə edilirdi.
Yekun
Tədqiqatın nəticələri sabit açıqbucaqlı qlaukomalı xəstələrə retinalaminin subtenon yeridilməsini məsləhət görməyə imkan yaradır. Daha yaxşı nəticələr prosesin birinci və ikinci mərhələsində olan pasiyentlərində əldə edilmişdir.