AZƏRBAYCANIN ŞİRVAN ŞƏHƏR ƏHALİSİ ARASINDA GÖRMƏ ORGANININ KLİNİKİ VƏ EPİDEMİOLOGİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər:
psevdoeksfoliativ sindrom (PES), rastgəlmə tezliyi, katarakta, qlaukomaXülasə
Məqsəd – Azərbaycanın Şirvan şəhərinin ambulator-poliklinik strukturunda görmə orqanı patologiyasının klinik-epidemioloji səciyyələri və onların arasında psevdoeksfoliativ sindromun nisbətinin və rastgəlmə tezliyinin təhlili.
Material və metodlar
Tam təqvim ili (2022-ci il) ərzində Şirvan şəhərinin ambulator-poliklinik müəssisələrinə müraciət etmiş 45 yaşdan yuxarı şəxslər arasında və əhalinin hər 1000 nəfərinə düşən görmə orqanının patologiyasının kliniki-epidemioloji xüsusiyyətləri öyrənilmişdir. Hesablamalar keyfiyyət göstəricilərinin statistikası metodları vasitəsilə etməklə Excel proqramından istifadə etməklə aparılmışdır.
Nəticə
Görmə orqanı patologiyasının kliniki və epidemioloji xüsusiyyətlərinin nəticələri göstərmişdir ki: Şirvan şəhər ambulator-poliklinik şöbələrində 45 yaşdan yuxarı insanlarda göz xəstəliklərinin ümumi halları 50,5±1,3% (kişilərdə – 54,8 ± 2,0, qadınlarda – 46,9±1,7%; p=0,05) təşkil edir, 45-70 yaş aralığında dinamika artır (19,4±1,8-117,6±6,3%). Görmə orqanı patologiyalarının strukturu: konyunktivit (9,58%), presbiopiya (7,94%), katarakta (6,24%), göz qapaqlarının xəstəlikləri (5,46%), qlaukoma (5,46%), torlu qişa və xoroid xəstəlikləri (5,32%), miopiya (3,41%) və göz zədələri (2,55%). Digər patologiyalar arasında PES-un tezliyi kişilərdə 45,6%, qadınlarda 47,02%, cəmi 46,34% təşkil etmişdir. Katarakta ilə yanaşı PES-un tezliyi 16 kişidə (38,09%), 18 qadında (39,13%), ümumilikdə 34 pasiyentdə (38,63%) olmuşdur. Qlaukoma ilə birgə PES-un rastgəlmə tezliyi 20 kişidə (47,61%), 18 qadında (51,42%), ümumilikdə 38 (49,35%) pasiyentdə olmuşdur.
Yekun
Beləliklə, Şirvan şəhərinin yaşı 45 və yuxarı əhalisi arasında katarakta və qlaukoma xəstəliyi ilə birgə psevdoeksfoliativ sindrom diaqnozu (yəni daha sonrakı inkişaf mərhələlərində) müəyyən edilmişdir. PES patologiyasının, o cümlədən, qlaukoma xəstəliyinin vaxtında aşkarlanması, psevdoeksfoliativ sindromla müşayiət olunan gözlərdə katarakta cərrahiyyəsinin optimal taktika seçimi yüksək əhəmiyyət kəsb edir.