PROLİFERATİV DİABETİK RETİNOPATİYAYA BAĞLI NEOVASKULYAR QLAUKOMA ZAMANI AHMED KLAPANI İMPLANTASİYASININ NƏTİCƏLƏRİ

Авторы

  • Kərimov M.İ.
  • Hacı İ.F.

Açar sözlər:

proliferativ diabetik retinopatiya, neovaskulyar qlaukoma, gözdaxili təzyiq, Ahmed klapanı

Xülasə

Məqsəd - 2-ci tip şəkərli diabet xəstələrində proliferativ diabetik retinopatiyaya (PDR) bağlı
neovaskulyar qlaukoma (NVQ) zamanı Ahmed klapanı implantasiyasının funksional effektivliyinin
qiymətləndirilməsi.

Material və metodlar
PDR fonunda maksimal hipotenziv müalicəyə tabe olmayan NVQ zamanı 10 xəstənin 11 gözündə
Ahmed klapanın implantasiyasının nəticələri təhlil edilmişdir. Xəstələrin 6-sı kişi, 4-ü qadın olmuşdur.
Orta yaş 64,5±3,5 il təşkil etmişdir. Bütün gözlərdə FP7 model Ahmed klapanı implantasiya edilmişdir
(New World Medical Inc., ABŞ). Xəstələrin əməliyyatdan sonra orta müşahidə dövrü 36,6±26,7 ay təşkil
etmişdir (minimum 12 ay, maksimum 73 ay).

Nəticə
Əməliyyatdan əvvəl gözdaxili təzyiqin (GDT) orta göstəricisi 46,9±11,7 mm c.st. bərabər olmuşdur.
Erkən postoperativ dövrdə GDT-in orta göstəricisi 8,3±4,3 mm.c.st., əməliyyatdan 12 ay sonra GDT-in
orta göstəricisi 18,4±4,2 mm c. st.-a bərabər olmuşdur (hər iki halda p<0,001). Gözlərin 4-də (36,4%)
GDT normalllaşması hipotenziv damcısız, 5-də (41,7%) 2 preparat, 2-də əlavə 3 preparatın (16,7%)
instillyasiyası ilə əldə edilmişdir. Əməliyyatdan sonra 4 gözdə (36,4%) görmə itiliyi dəyişməmiş, 6 gözdə
(54,5%) yaxşılaşmış, 1 gözdə (9,1%) əl hərəkətindən işıq hissiyyatına qədər azalmışdır. Erkən dövrdə ən
çox müşahidə edilən ağırlaşma 6 gözdə (54,5%) spontan sorulan hifema olmuşdur.

Yekun
Proliferativ diabetik retinopatiyaya bağlı neovaskulyar qlaukoma zamanı Ahmed klapanı
implantasiyası erkən və davamlı postoperativ hipotenziv effekt almağa imkan verməsi və əməliyyatdan
sonrakı dövrdə funksional nəticəyə təsir edə bilən ciddi fəsadların olmaması bu cərrahi müalicə üsulunu
medikamentoz müalicəyə tabe olmayan neovaskulyar qlaukomalarda ilk cərrahi müalicə seçimi kimi
tövsiyə etməyə əsas verir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

16.12.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Kərimov M.İ. and Hacı İ.F. 2021. PROLİFERATİV DİABETİK RETİNOPATİYAYA BAĞLI NEOVASKULYAR QLAUKOMA ZAMANI AHMED KLAPANI İMPLANTASİYASININ NƏTİCƏLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 38 (Dec. 2021), 16–24.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>