BUYNUZ QİŞANIN EKTAZİYALARININ KLİNİK-EPİDEMİOLOJİ SƏCİYYƏLƏRİ

Авторы

  • Məhərrəmov P.M.

Açar sözlər:

ektaziya, buynuz qışa, klinik-epidemioloji səciyyə

Xülasə

Məqsəd – Bakı əhalisi üzrə buynuz qişanın ektaziyaları ilə pasiyentlərin klinik-epidemioloji səciyyələrinin öyrənilməsi.

Material və metodlar
Əhalinin BQE ilə xəstələnmə səviyyəsini öyrənmək üçün ambulator-poliklinika müəssisələrinə müraciətlərinin nəticələri istifadə olunmuşdur. Təqvim ili ərzində qeydiyyatda olan 552 xəstənin əhalinin yaş qrupları üzrə bölgüsü əsasında 100 min nəfərə düşən xəstələnmə halları və göstəricinin standart xətası hesablanmışdır. Müraciət məlumatlarının xəstəliyin epidemioloji səciyyələrini tam əks etdirməməsini nəzərə alaraq akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzində müayinə olunan 630 nəfər BQE-nın aşkar edilməsi məqsədi ilə kompleks müayinə olunmuşdur: avtorefraktometriya (TOMEY RC – 5000, Japoniya), keratotopoqrafya (Scheimfug camera Pentacan HR, Oculus, Almaniya), ön seqmentin koherent tomoqrafyası (Cirrus HD-OCT 5000, Zeiss, Almaniya), ultrasəs paximetriya (Pac Skan 300P, Sonomed, ABŞ). Statistik işlənmə Excel proqramında “məlumatların təhlili” zərf ilə həyata keçirilmişdir.

Nəticələr
Müraciət məlumatlarına əsasən, buynuz qışanın ektaziyasının əhali arasında xəstələnmə səviyyəsi çox azdır, yaşdan asılı olaraq 5,9±1,2 ilə 73,2±6,50 ⁄ 0000 intervalında tərəddüd edir. Kişi populyasiyasında xəstəlik 1,5 dəfə çox olmuşdur. Kompleks müayinə zamanı BQE aşkarlanma nisbəti: kişilər arasında 3,8±1,1%, qadınlar arasında 5,1±1,2% və bu 20-40 yaşlarda maksimum, 60-69 yaşlarda minimum olmuşdur.

Yekun
BQE Azərbaycan populyasiyasında müraciətlərlə bağlı az aşkar olunsa da, onun həqiqi yayılma (4,4±0,8%) səviyyəsi yüksəkdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.03.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri