ЭПИДЕМИОЛОГИЧЕСКИЙ АНАЛИЗ И ХАРАКТЕРИСТИКИ БОЛЬНЫХ СО ЗРИТЕЛЬНЫМИ НАРУШЕНИЯМИ ПРИ РАССЕЯННОМ СКЛЕРОЗЕ В АЗЕРБАЙДЖАНЕ
Açar sözlər:
dağınıq skleroz, epidemiologiya, yayılmaXülasə
Məqsəd - Azərbaycanda dağınıq skleroz zamanı görmə orqanının patologiyası ilə pasiyetlər arasında bəzi epidemioloji göstəricilərin xüsusiyyətlərini öyrənmək.
Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 2015 ci ildən 2019-cu ilin birinci yarısınadək
oftalmoloji müayinədən keçən dağınıq skleroz ilə 877 pasiyentlər tədqiqata daxil edilmişdir. Onlardan 328 nəfər
kişi, 549 nəfər - qadın olmuşdur.
Ənənəvi müayinə metodları, həmçinin MRT və immunoloji tədqiqatlar tətbiq edilmişdir.
Avropa regional bürosunun tövsiyyələrinə əsasən pasiyentlər yaş həddinə görə bölünmüşdür. Kənd əhalisi
payına müvafiq olaraq 25,5% və 74,5% düşür. Yaş həddinə görə bölünmə zamanı daha çox yayılma gənc əmək
qabiliyyətli şəxslər arasında aşkar olmuşdur, bu o deməkdir ki, həmin şəxslərdə erkən əlillik də qeyd edilir.
Nəticə
Azərbaycanda dağınıq sklerozun 2015-ci ildən 2019-cu ilin birinci yarısınadək yayılma dərəcəsinin orta
göstəricisi 100000 min əhaliyə 9,7-15,5 təşkil etmişdir. Şəhər əhalisi üçün həmin göstərici 100000 min əhaliyə
57,5, kənd əhalisi üçün isə - 51,1 olmuşdur.
Müxtəlif yaş qrupları arasında həmin xəstəliyin yayılma dərəcəsinin təhlili zamanı aşkar edilmişdir ki, xəstəliyin
piki 31-40 yaşlarına, daha çox yayılma dərəcəsi isə 31-50 yaşlarına təsadüf edir.
Kişilər və qadınlar arasında dağınıq sklerozun rastgəlmə tezliyinin nisbəti 1:2,56 təşkil etmişdir, bu da, digər
regionlar üzrə göstəricilərlə müqayisəyə gəlir.
Yekun:
1. Azərbaycanda dağınıq sklerozun yayılmasının yüksəlmə tendensiyası aşkar edilmişdir (100000 əhaliyə
9,7-15,5 qədər). Kişi və qadınlar arasında xəstələrin nisbəti 1:2,56 təşkil etmişdir.
2. Dağınıq skleroz ilə xəstələrin sayının durmadan artmasını göstərən alınmış epidemioloji məlumatları
nəzərə alaraq həmin patologiya ilə xəstələrin qeydiyyata alınmasını davam etmək lazımdır. Bu da,
dağınıq skleroz ilə xəstələrə tibbi və sosial yardımın göstərilməsini təkmilləşdirməyə imkan yaradacaq.
3. Yaş üzrə xəstələrin bölünməsi əmək qabiliyyətli şəxslərin üstünlük təşkil etdiyini göstərmişdir, bu da
onların erkən əlilliyə gətirib çıxarmasını bildirir.