SURGICAL OUTCOMES OF COMBINED GONIOSCOPY ASSISTED TRANSLUMINAL TRABECULOTOMY AND CATARACT SURGERY
Açar sözlər:
qlaukoma, qonioskopik translüminal trabekulotomiya, ab interno, katarakta əməliyyatı, minimal invaziv qlaukoma cərrahiyyəsiXülasə
Məqsəd - katarakta cərrahiyyəsi ilə birgə qonioskopik translüminal trabekulotomiyanın (QTT) müsbət nəticələrini, təhlükəsizliyini və fəsadlarını qiymətləndirmək.
Material və metodlar
Retrospektiv tədqiqat Türkiyə, Bursa Uludağ Universitetinin Tıb Fakültəsinin Oftalmologiya şöbəsində
aparılmışdır. Tədqiqata açıqbucaqlı qlaukoma, psevdoeksfoliativ qlaukoma və iridokomeal disgenez ilə pasiyentlər
daxil edilmişdir. Nəticələrin əsas meyarları görmə itili, gözdaxili təzyiq, istifadə edilən antiqlaukomatoz
preparatların sayı və fəsadlar olmuşdur.
Nəticə
Əməliyyatdan əvvəl orta görmə itiliyi logMAR üzrə 1,54 ± 1,2, əməliyyatdan sonra - 0,39 ± 0,37 təşkil
etmişdir. Görmə itiliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi əməliyyatdan sonra müşahidə edilmişdir (P <0,05).
Əməliyyatdan əvvəl gözdaxili təzyiqin orta göstəricisi 33,4 ± 10,7 mm c.s. təşkil etmişdir. Əməliyyatdan 3 ay
sonra orta GDT 10,5 ± 2,1 mm c.s., 6 aydan sonra - 11,2 ± 2,3 təşkil etmişdir. Əməliyyatdan əvvəl dövr ilə
müqayisədə əməliyyatdan sonra bütün müşahidə dövrü ərzində GDT əhəmiyyətli dərəcədə aşağı olmuşdur (P<0,05). Əməliyyatdan əvvəl və sonrakı dövrlərdə antiqlaukomatoz müalicədən sonra nəticələrin müqayisəli təhlili
aktiv maddələrin 2,5 ±0,8 azalmasını göstərmişdir, əməliyyatdan sonra aktiv maddələr miqdarının enməsinin
orta göstəricisi isə 3,4 ±1,2 təşkil etmişdir. Daha tez rast gəlinən fəsad hifema olmuşdur (28,6%). Bir pasiyentdə
(2,9%) dərin hipotoniyanın inkişafına görə əməliyyat uğursuz hesab edilmişdir.
Yekun
Kataraktanın xaric edilməsi ilə yanaşı QTT əməliyyatının yerinə yetirilməsi, onun effektivliyini azaltmır. Lakin
bu prosedur QTT zamanı daha çox rast gəlinən fəsadın - hifemanın tezliyini azaldır. Bu səbəbdən bir sıra hallarda
kombinəedilmiş cərrahiyyənin yerinə yetirilməsi təhlükəsizdir.