ÜZ NAHİYƏSİNDƏ CƏRRAHİ ƏMƏLİYYATLARDAN SONRA YARANAN DAKRİOSİSTİTLƏR (KLİNİK HALLAR)

Authors

DOI:

https://doi.org/10.71110/ajo791020251702535765

Keywords:

dakriosistit, gözyaşı aparıcı yolları, rinoplastika, üz skeleti zədələri, kompüter tomoqrafik dakriosistoqrafiya

Abstract

Məqsəd – üz nahiyəsində keçirilmiş cərrahi əməliyyatlardan sonra yaranan dakriosistitlərin klinik hallarını təhlil etmək.

Material və metodlar
Təcrübəmizdə rast gəldiyimiz 6 fəsadlı dakriosistit ilə pasiyent 2024- 2025 illər ərzində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişlər. Bütün pasiyentlərin əsas şikayətləri gözdə sulanma, irinli ifrazat idi. Pasiyentlər xəstəliklərin səbəblərini 1-2 il öncə keçirmiş otolarinqoloji, stomatoloji əməliyyatlarla, üz nahiyəsində alınmış zədə ilə əlaqələndirirlər: 3-də rinoplastika cərrahi əməliyyatı, 1-də üst çənədə diş implantasiyası, 1-də burun boşluğunun və burunətrafı sinusların yenitörəməsi, 1-də isə avtoqəza nəticəsində üz skeletinin yerdəyişmiş sınıqları qeyd olunurdu. Kompüter tomoqrafik dakriosistoqrafiya (KT-DSQ) əsasında zədələnən gözyaşı aparıcı yollarının (GAY) obstruksiya səviyyəsini müəyyən etmək mümkün idi.

Yekun
Fəsadlı dakriosistitlərin qarşısını almaq üçün üz nahiyəsində aparılacaq əməliyyatlar zamanı gözyaşı yollarının qorunmasına diqqət yetirilməsi, müvafiq qaydada oftalmoloqlar ilə birgə əməliyyatların icrası və sonrakı dövrdə GAY-ın iltihab əlamətlərini vaxtında aşkar edib müalicə olunması vacib məqamlardan biridir. Zədələnən GAY-ın obstruksiya səviyyəsini müəyyən etmək üçün KT-DSQ müayinəsinin aparılması məqsədəuyğundur.

Downloads

Download data is not yet available.

Published

2025-06-17

Issue

Section

CLINICAL CASES

How to Cite

[1]
İbrahimzadə G.T. and Məmmədov F.R. 2025. ÜZ NAHİYƏSİNDƏ CƏRRAHİ ƏMƏLİYYATLARDAN SONRA YARANAN DAKRİOSİSTİTLƏR (KLİNİK HALLAR). The Azerbaijan Journal of Ophthalmology. 17, 53 (Jun. 2025), 57–65. DOI:https://doi.org/10.71110/ajo791020251702535765.
Article Footer

Similar Articles

1-10 of 121

You may also start an advanced similarity search for this article.