МОНИТОРИНГ ВРОЖДЕННОГО СТЕНОЗА СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ДЕТЕЙ, РОДИВШИХСЯ ДО СРОКА

Авторы

  • Гашимова Н.Ф.
  • Касимов Э.М.
  • Султанова М.М.

Açar sözlər:

yaşaparıcı yolların anadangəlmə stenozu, yeni doğulmuşların dakriosistiti, vaxtından əvvəl
doğulmuş uşaqlar

Xülasə

İşin məqsədi. Vaxtından əvvəl doğulmuş uşaqlarda yaşaparıcı yollarının anadangəlmə stenozunun rastgəlmə
tezliyini və yenidoğulmuşun dakriosistitinin kliniki xüsusiyyətlərini təhlil etmək.

Material və metodlar
Təhlil iki qrup pasiyentlər üzərində aparılıb. Birinci qrupu 27-38 həftə gestasiya
müddətində doğulan və bədən çəkisi 850-2750 qr olan 1-25 günlük 67 vaxtından əvvəl doğulmuş uşaq təşkil
etmişdir. Həmin qrup pasiyentlər K.Fərəcova adma Elmi-Tədqiqat pediatriya institutunda müalicə alırdırlar.
İkinci qrupu 27-38 həftə gestasiya müddətində doğulan 1-8 aylıq 38 uşaq təşkil etmişdir. Bu qrup pasiyentlərin
valideynləri akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə uşaqlarında yaş- irinaxma şikayyətləri
ilə müraciət etmişlər. Müayinələr mühahzəkar metodlar ilə aparılıb.

Müzakirə və nəticələr
Yaşaparıcı sistemi vəziyyətinin tədqiqi göstərmişdir ki, 46 vaxtından əvvəl doğulmuş
uşaqlarda (68,7±5,7%) yaşaparıcı yolların keçməməzliyi aşkar edilmişdir. 42 uşaqda (62,7±5,9%) hər iki tərəfdə
gözyaşı-burun kanalının keçməməzliyi müəyyən edilmişdir. Vaxtından əvvəl doğulmuşların dakriosistitinə öndə gedən
uzunmüddətli, süst gedişli kataral konyunktivit səbəb ola bilər, hansı ki adi terapiyaya pis tabe olunur və sonradan
gözyaşı kisəsinin iltihabına keçir. Müşahidəmiz altında olan hər iki qrup uşaqlar arasında fleqmonoz dakriosistitin
inkişafı halları müşahidə edilməmişdir. Xəstəliyin klinik şəkli aydın deyil, tez-tez müxtəlif patologiya simptomları
üst-üstə yığılır, bu da zəif ifadə edilmiş simptomatika ilə uzunsürən gedişata gətirir. Birinci qrupdan olan 37 (97,37%)
uşaqda gözyaşı kisəsinin tərkibi cüzi idi, mikrobioloji müayinə zamanı qeyri-patogen mikroflora aşkar edilmişdir.

Yekun
Vaxtından əvvəl doğulmuşlarda dakriosistitlərin müalicəsini pediatr-neonatoloqla birgə aparmaq
lazımdır. Oftalmoloji müalicəni ümumi sağalma yaxud uşağın yetkinlik yaşına çatmasına qədər təxirə salmaq
nəinki məqsədə uyğun deyil, hətta təhlükəlidir. Oftalmoloq və neonatoloqun əməkdaşlığı bu kontingent xəstələrdə
mümkün olan bir sıra ciddi ümumi fəsadlardan yaxa qurtarmağa imkan yarada bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.12.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гашимова Н.Ф. et al. 2013. МОНИТОРИНГ ВРОЖДЕННОГО СТЕНОЗА СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ДЕТЕЙ, РОДИВШИХСЯ ДО СРОКА. Azərbaycan Oftalmologiya Jurnalı. 13 (Dec. 2013), 26–30.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 10 11 > >>