К АНАЛИЗУ ЧАСТОТЫ ВСТРЕЧАЕМОСТИ ПАТОЛОГИИ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ПАЦИЕНТОВ С ГЛАУКОМОЙ
Açar sözlər:
göz yaşı yolları, birincili açıq bucaqlı qlaukoma, antiqlaukomatoz damcılarXülasə
Məqsəd - uzun müddət antiqlaukomatoz preparatlar istifadə edən pasientlərdə göz yaşı yollarının patologiyasının yaranma tezlini öyrənmək.
Material və metodlar
Kliniki tədqiqata yaşaxma şikayəti olan 350 xəstə daxil edilmişdir. Əsas qrupa 3 ildən artıqdırdki yaşaxma
şikayəti olan açıq bucaqlı qlaukomadan mualicə alan 175, pasient daxil olmuşdur. Nəzarət qrupuna 175 yaşaxma
şikayəti olan və görmə orqanında heç bir patologiyası olmayan xəstələr daxil edilmişdir.
Nəticələr
Əsas qrupda antiqlaukomatoz damcılar istifadə edən xəstələrdə 69 xəstədə göz yaşı yollarının stenozu (39,5%), 42 xəstədə lakrimal kanalın obliterasiyası (24%), 51 xəstədə dakriosistit (29,2%), 13 xəstədə kanalikulit (7,4%) aşkarlanmışdır. Nəzarət qrupunda göz yaşı yollarının stenozu 117 xəstədə (66,9%), 21 xəstədə (12%) göz yaşı yollarının obliterasiyası, 34 xəstədə (19,4%) dakriosistit və 3 xəstədə (1,7%) kanalikulit müşahidə edilmişdir.
Yekun
Alınmış nəticələrə görə, antiqlaukomatoz damcılarının uzun müddət istifadəsi göz yaşı yollarının patologiyasının
daha erkən inkişafına gətirib çıxarır. Bu dərmanların qlaukomalı xəstələrdə korluğun yaranmasının qarşısını almaq
üçün zəruri olduğunu nəzərə alaraq, antiqlaukomatoz damcıların yan təsirini aşağıdakı yollarla çalışıb azaltmaq
lazım olduğunu düşünürük: damcı instilyasiyasından sonra 5 dəqiqə ərzində yaş nöqtəsinə təzyiq göstərmək; təbii
gözyaşı əvəzedicisi preparatlarını təyin etmək; konservantsız damcılara üstünlüyün vermək.