РЕКОНСТРУКЦИЯ ТРАВМАТИЧЕСКИХ ПОВРЕЖДЕНИЙ НИЖНЕЙ СТЕНКИ ОРБИТЫ С ПРИМЕНЕНИЕМ МЕТОДА ВИРТУАЛЬНОГО БИОМОДЕЛИРОВАНИЯ
Açar sözlər:
orbitanın aşağı divarının sınığı, virtual biomodelləşdirmə, titan orbital lövhə, orbitanın aşağı divarının rekonstruksiyasıXülasə
Məqsəd - əməliyyatönü planlamada biomodelləşdirmə üsulundan istifadə etməklə və fərdi orbital implantatların hazırlanması ilə orbitanın aşağı divarının travmatik zədələnmələrinin cərrahi müalicə nəticələrinin yaxşılaşdırılmasıdır.
Material və metodlar
Kliniki tədqiqat göz yuvası divarlarının zədələnməsi ilə olan 77 pasiyent üzərində aparılmışdır. Diaqnozun təsdiq edilməsi üçün ümumkliniki və KT müayinəsi aparılıb. Bütün xəstələr əməliyyatönü planlama zamanı müxtəlif yanaşma nöqteyi-nəzərindən 2 qrupa bölünmüşdür: əsas qrup – virtual biomodelləşdirmə üsulundan istifadə edilənlər və kontrol qrup – cərrahi müdaxilənin planlaması ənənəvi üsullarla aparılanlar. Virtual biomodelləşdirmə və fərdi orbital implantatların hazırlanması Materialise Mimics 17.0. kompüter proqramına əsaslanan işlənilmiş alqoritmlə aparılıb.
Nəticə
Cərrahi əməliyyatdan 6 ay sonra əsas qrupda, əməliyyatönü planlaşdırmada biomodelləşdirmə üsulundan istifadə edilənlər arasında binokulyar diplopiya yalnız 4 halda (9,5%), kontrol qrupda isə 12 halda (34,3%) qeyd edilimişdir. Biomodelləşdirmə üsulu göz yuvasının zədə nahiyəsini daha dəqiq təhlil etmək, göz yuvası lövhəsinin virtual şablonunu hazırlamaq, onun üz skeleti sümüklərinə nəzərən yerləşməsini müəyyən etmək, implantların əməliyyatönü uyğunlaşdırılması üçün zədələnmiş göz yuvasının plastik modelini yaratmaq ehtiyacını aradan qaldırmaqla virtual şablon formasını onu sağlam tərəfnin relyefnə müvafq şəkildə əyməklə real titan göz yuvası lövhəsinə köçürmək imkanı verir. Əməliyyat sahəsində virtual ölçülərin transformasiyası əlavə naviqasiya qurğuları olmadan əməliyyatönü planlama zamanı müəyyən edilmiş istiqamətləndiricilər üzrə zədə nahiyəsinə göz yuvası implantlarını dəqiq yerləşdirməyə şərait yaradır.
Yekun
Orbitanın aşağı divarının zədələnməsinin cərrahi rekonstruksiyası zamanı əməliyyatönü planlamada virtual biomodelləşdirmə üsulunun istifadəsi, fərdi orbital implantatın hazırlanması müalicənin funksional, estetik nəticələrini yaxşılaşdırır və ənənəvi əməliyyatönü planlama üsullarından fərqli olaraq istifadəsi daha sadədir və xərcləri daha aşağıdır, həmçinin cərrahi əməliyyatın müddətini əhəmiyyətli dərəcədə qısaldır.