KATARAKTANIN CƏRRAHİ MÜALİCƏSİNDƏN SONRA QURU GÖZ SİNDROMU: DİAQNOSTİKA VƏ MÜALİCƏ

Авторы

  • İslamzadə Z.F.

Açar sözlər:

quru göz sindromu, gözyaşı əvəzləyici terapiya, katarakta, meybom vəzilərinin
disfunksiyası, Norn sınağı

Xülasə

Məqsəd - kataraktanın cərrahiyyəsindən əvvəI və sonra quru göz sindromunun tezliyini öyrənmək,
müalicəsinin effektivliyini qiymətləndirmək.

Material və metodlar
Tədqiqatda kataraktanın cərrahi müalicəsi - İOL implantasiyası ilə fakoemulsifikasiya aparılmış
125 pasiyent iştirak etmişdir. Tədqiqat qrupu (I qrup) 63 pasiyentdən (63 gözdən) ibarət olmuşdur.
Pasiyentlərin orta yaş həddi - 62,8 (44-87 yaş) təşkil etmişdir. Bu qrupda əməliyyatdan sonrakı standart
medikamentoz müalicə ilə birgə, əməliyyatdan əvvəl və sonra yanaşı gedən quru göz sindromunun
təzahür dərəcəsindən, o cümlədən göz səthi və meybom vəzilərinin vəziyyətindən asılı olaraq, müalicə
də aparılmışdır. Yüngül QGS zamanı seçimə görə bir gözyaşı əvəzedici preparat təyin edilmişdir
(Kationorm (Fransa), Lipitear və Ocutears (Almaniya). Kəskin ifadə edilmiş QGS zamanı kompleks
şəkildə iki preparat və lazım gəldikdə əlavə olaraq yerli Restasis (ABŞ) göz damcısı tətbiq edilmişdir.

Nəticə
Əməliyyatdan bir ay sonra xəstəliyi ağır dərəcəli olan pasiyentlərin hamısında, orta dərəcəli
pasiyentlərin isə 58,8%-də göz quruluğu ilə bağlı olan diskomfortdan subyektiv və klinik şikayətlərin
xeyli artması müşahidə edilmişdir. Əməliyyata qədər quru göz formasının dəqiq diaqnostikası və göz
qapaqlarına ciddi qulluq, gözyaşı əvəzləyici terapiyasından istifadə, həmçinin göstərişlər olduqda Restasis
preparatının təyin olunmasından ibarət kompleks müalicə aparılması I qrup pasiyentlərində daha yaxşı
nəticələr əldə etməyə imkan vermişdir.

Yekun
Əməliyyata qədər quru göz formasının dəqiq diaqnostikası və göz qapaqlarına ciddi qulluq, gözyaşı
əvəzləyici terapiyasından istifadə tövsiyə olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

28.08.2020

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
İslamzadə Z.F. 2020. KATARAKTANIN CƏRRAHİ MÜALİCƏSİNDƏN SONRA QURU GÖZ SİNDROMU: DİAQNOSTİKA VƏ MÜALİCƏ. Azərbaycan Oftalmologiya Jurnalı. 33 (Aug. 2020), 11–17.