К ВОПРОСУ О РЕАБИЛИТАЦИИ БОЛЬНЫХ СО СЛОЖНОЙ И СОЧЕТАННОЙ ПАТОЛОГИЕЙ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ

Авторы

  • Заргарли И.А.

Xülasə

Tədqiqat gözün yaşötürüjü yollarının müştərək zədələnmələri zamanı jərrahi müalijəsinin funksional
nətijələrinin yaxşılaşdırılması məqsədini daşıyır.
Görmə üzvünün, onun köməkçi aparatının və orbitanm zədəsi nətijəsində 2 aydan - 1 ilədək müddətdə əmələ
gələn xroniki dakriosistitlə olan 48 xəstənin jərrahi müalijəsinin nətijələrinin təhlili aparılmışdır. Yaş yollarının
«aktiv» və «passiv» göz yaşını ötürəbilmə qabiliyyəti tətqiq olunmuşdur. «Aktiv» gözyaşı ötürülməsi kanaljıq
smağmm qoyulması ilə müəyyən edilir. Sınağın məğzi konyunktival kisəyə 0,5-1% flyuoressein məhlulunun
damızdırılmasından və onnn göz alması konyunktivasmdan hansı müddətə itməsindən ibarətdir (5 dəq. qədər
müsbət hesab edili, 6-10 dəq. - zəifləmiş, 10 dəq. çox - mənfi). «Passiv» gözyaşı ötürmə qabiliyyətinin tətqiqi
yaş yollarının yuyulması zamanı müəyyənləşdirilir. Normada yaş yollarına şpris vasitəsilə yeridilən maye sərbəst
burun boşluğuna keçir. Xəstələr 3 qrupa bölünmüşdür: I qrupda (22 xəstə) - ektaziya ilə olan xroniki dakriosistitlər
zamanı yaş yolları intubasiya edilmədən xariji dakriosistorinostomiya; II qrupda (18 xəstə) - ektaziya ilə olan
xroniki dakriosistitlər zamanı yaş yollarının intubasiyası ilə xariji dakriosistorinostomiya; III qrupda (8 xəstə) zədə
mənşəli residivli dakriosistitlər zamanı (əvvəl intubasiyasız rinostomiya əməliyyatı aparılmışdır) yaş yollarının
intubasiyası ilə təkrar rinostomiya.
Bütün xəstələrdə əməliyyatdan əvvəl kanaljıq smağmm nətijələri mənfi olmuş, yaş yollarının yuyulması zamanı
maye buruna keçməmişdir. Yaş yollarının intubasiyası aparılmadan xariji dakriosistorinostomiya nətijəsində 22
xəstədən 18-də yaşötürmənin tam bərpası müşahidə edilmişdir (81,8%). Bu qrupdan olan 4 xəstədə isə yaşötürmənin
tam bərpası təkrar jərrahi müdaxilənin (yaş yollarının intubasiyası ilə dakriosistorinostomiya) aparılmasından sonra
qeyd edilmişdir. Ektaziya ilə olan 18 travmatik və zədə mənşəli 8 residivli dakriosistlə olan xəstələrdə yaş yollarının
intubasiyası ilə birlikdə aparılmış dakriosistorinostomiya yaş ötürmənin tam bərpa olunması ilə nətijələnmişdir.
Yaş yollarında intubasiya olunan qruplarda müsbət nətijələrin əldə edilməsi intubasiya üçün olan borujuq yaş
yollarından keçirilərkən ektaziyalı yaş kisəsindən kəsilmiş loskutu sıxaraq (onun burun boşluğundan sürüşüb
çıxmaması və gələjəkdə residivin baş verməməsi məqsədilə loskut = 9-10 mm uzunluğunda kəsilir), burunun
selikli qişası ilə daha sıx təmasını təmin edir. Bu səbəbdən onun yaş yollarında 2 aya qədər saxlanılması məsləhət
görülür. İntubasiya üçün uzunluğu 9-10 sm xariji diametri 0,8 mm olan silikon borujuqdan istifadə olunur. Yaş
nöqtəsindən və burundan çıxarkən boru burunun səthinə leykoplastr vasitəsilə fiksə edilir. Təklif olunan jərrahi
müalijə metodu bu xəstəliyin ağırlaşmış klinik formaları zamanı nətijələrin nəzərə çarpan qədər yaxşılaşmasını
təmin edir. Yaş ötürüjü yollann mürəkkəb və müştərək patologiyası zamanı yaş kanaljıqlan ilə rinostoma arasında
yolun mütləq intubasiya olunmasının tətbiq edilməsi bu patologiya ilə xəstələrin müvəffəqiyyətlə reabilitasiya
olunmasına zəmin yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.06.2010

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Заргарли И.А. 2010. К ВОПРОСУ О РЕАБИЛИТАЦИИ БОЛЬНЫХ СО СЛОЖНОЙ И СОЧЕТАННОЙ ПАТОЛОГИЕЙ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 3 (Jun. 2010), 57–60.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri