DÜNYANIN APARICI ÖLKƏLƏRİNDƏ OFTALMOLOJİ TƏHSİLİN ARTIRILMASINDA RƏQƏMSAL TEXNOLOGİYALARIN TƏTBİQİ VƏ ONUN AZƏRBAYCAN MODELİ

Müəlliflər

  • Qasımov E.M.
  • Abdiyeva Y.C.
  • Əlihüseynli E.H.

DOI

https://doi.org/10.30546/2709-4634.2023.45.0137.

Açar sözlər

süni intellekt, cərrahi simulyasiya, tele-təhsil, veb əsaslı tədris

Xülasə

Son onilliklərdə internet və kompüter texnologiyalarının geniş istifadəsinin mümkünlüyü, oftalmologiya da daxil olmaqla, tibbdə rəqəmsal təhsilə olan meylləri mütəmadi olaraq artırır. Rəqəmsal ünsiyyət əsrində oftalmologiyada, xüsusilə də çox sayda insanın iştirakı ilə həyata keçirilən toplantıların, eləcə də əhalinin bir araya gəlməsinə mane olan və son dövrlərdə baş vermiş qlobal hadisələr fonunda klinik fəaliyyətin icrası və maarifləndirici təlimlərin keçirilməsi üçün tele-oftalmologiya proqramlarının, oftalmoloji cəmiyyətlərin həyata keçirdiyi virtual tədbirlərin və onlayn müayinələrin həyata keçirilməsi kimi tətbiqlərin istifadəsi zərurətə çevrilmişdir. Bütün bunlar gələcəkdə veb-əsaslı modullar və resurslar, süni intellektə əsaslanan sistemlər və tele-oftalmologiya proqramlarının daha da təkmilləşdirilməsi ilə yanaşı oftalmologiya təhsili alanlar üçün cari proqramların geniş istifadəsinin mümkünlüyünə şərait yaradır. Dünyanın aparıcı ölkələrinin təcrübəsi ilə yanaşı bu sahədə Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin həyata keçirdiyi proqramlar, həmçinin müxtəlif layihələr Azərbaycanda da qeyd edilən tendensiyanın inkişafına və yayılmasına kömək edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Qasımov E.M. et al. 2023. DÜNYANIN APARICI ÖLKƏLƏRİNDƏ OFTALMOLOJİ TƏHSİLİN ARTIRILMASINDA RƏQƏMSAL TEXNOLOGİYALARIN TƏTBİQİ VƏ ONUN AZƏRBAYCAN MODELİ. Azərbaycan Oftalmologiya Jurnalı. 45 (Apr. 2023), 39–50. DOI:https://doi.org/10.30546/2709-4634.2023.45.0137..
Article Footer

Oxşar məqalələr

1-10 : 172

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.