К ВОПРОСУ ЧАСТОТЫ, ДИАГНОСТИЧЕСКИХ ВОЗМОЖНОСТЕЙ ОТКРЫТОЙ ОСКОЛОЧНОЙ ТРАВМЫ ОРГАНА ЗРЕНИЯ

Авторы

  • Намазова И.К.
  • Вердиева З.Д.
  • Гаджиева С.А.
  • Шамилова Ф.Г.
  • Шахмалиева А.М.
  • Алиева Г.Ш.

Açar sözlər:

açıq qəlpə zədələri, diaqnostika

Xülasə

Məqsəd – görmə orqanının açıq qəlpə zədələrinin müalicə taktikasının seçimi zamanı bəzi klinik-diaqnostik xüsusiyyətləri tezliyinin onillik təhlili.

Material və metodlar
Tədqiqatın əsasını akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözün zədəsi şöbəsinə 2005-2014- cü illər ərzində daxil olan görmə orqanının qəlpə yaraları ilə pasiyentlərin müayinə nəticələri təşkil etmişdir. Bu müddət ərzində görmə orqanının zədəsi ilə müraciət etmiş 18-92 yaş arasında pasiyentlərin sayı 7590 nəfər olmuşdur. Klinik tədqiqatlar ümumi qəbul olunmuş müayinələrin nəticələrindən ibarət olmuşdur: rentgenoqrafya, kompüter tomoqrafyası (KT), ultrasəs diaqnostika, gözün ön kəsiyinin optik koherent tomoqrafyası (GÖK-OKT, Visante), onların nətmüqayisəsi.

Nəticələr
Görmə orqanının zədələri ilə illik nəticələrin təhlilinə görə 2005-ci ildə 678 nəfər, 2006-cı ildə – 660, 2007-ci ildə – 720, 2008-ci ildə – 843, 2009-cu ildə – 716, 2010-cu ildə – 710, 2011-ci ildə – 762, 2013-cü ildə – 880, 2014-cü ildə isə – 911 nəfər müayinə olunmuşdur. Qəlpələrin lokalizasiyasının dəqiqləşdirilməsində müayinələrin yekun nəticələrinə görə rentgenoloji, KT, US müayinələr, onların arasında müqayisə, bu və ya digər metodun dəyərini, səhvlərini və ya qüsurlarını aşkar etməyə imkan vermişdir. Yad cisimlərin göz strukturlarından kənarda, yəni orbitada lokalizasiya ilə 2005-ci ildə 6 hal (0,8%), 2006-cı ildə – 7 (0,9%), 2007-ci ildə – 7 (0,9%), 2008-ci ildə – 12 (1,4%), 2009-cu ildə – 16 (2,2%), 2010-cu ildə – 12 (1,6%), 2011-ci ildə – 7 (0,9%), 2012-ci ildə – 10 (1,4%), 2013-cü ildə – 14 (1,6%), 2014-cü ildə – 11 hal (1,2%) diaqnostika edilmişdir. Gözdaxili yad cisim (GDYC) 2005-ci ildə müşahidələrin 42 halında (6,2%), 2006-cı ildə – 43 (6,5%), 2007-ci ildə – 63 (8,0%), 2008-ci ildə – 38 (5,0%), 2009-cu ildə – 38 (5,3%), 2010-cu ildə – 43 (6,0%), 2011-ci ildə – 43 (5,6%), 2012-ci ildə – 44 (6,1%), 2013-cü ildə – 39 (4,4%), 2014-cü ildə – 41 halda (4,5%) aşkar edilmişdir. Yad cismin gözün qişalarında mövcudluğu 2005-ci ildə müşahidələrin 6 halında (0,8%), 2006-ci ildə – 5 (0,8%), 2007-ci ildə – 16 (2,2%), 2008-ci ildə – 8 (0,9%), 2009-cu ildə – 9 (1,2%), 2010-cu ildə – 8 (1,1%), 2011-ci ildə – 10 (1,3%), 2012-ci ildə – 13 (1,8%), 2013-cü ildə – 15 (1,7%), 2014-cü ildə – 17 halda (1,8%) diaqnostika olunmuşdur. Tədqiqatın nətinələri göstərmişdir ki, görmə orqanının zədələri strukturunda gözdaxili lokalizasiya ilə qəlpə travmalar 4,4-6,5% intervalında, gözdən kənarda (orbitada) lokalizasiya ilə – 0,8-2,2% arasında, sərhədyanı nahiyədə (qişalarda) – 0,8-1,8% hüdudlarında yer tutur. 

Yekun
Onillik tədqiqatların təhlili göstərmişdir ki, görmə orqanının qəlpə travmasının illik tezliyi müşahidələrin 6,5- 9,7% arasında tərəddüd edir. Göz daxilində qəlpələrin mövcudluğunun tezliyi 4,4-6,6% hallarda müşahidə edilir, onlardan sərhədyanı nahiyədə (qişalarda) – 0,8-1,8%, gözdən kənarda (orbitada) lokallaşması ilə – 0,8-2,2% hallarda təsadüf edilir.
Klinik ehtiyatlılıq, klinik müayinələrin ardıcıllığı, rentgenoqrafyanın, kompüter tomoqrafyanın və ultrasəs müayinənin müştərək tətbiqi, görmə orqanının qəlpə travması zamanı mükəmməl diaqnostikanı təmin etməyə imkan yaradır. Müalicə taktikasının seçimi zamanı əsas məqamı yad cismin lokalizasiyasının keyfyyətli təyinidir (gözün ön kəsiyi, arxa kamera, şüşəvari cisim, qişalar – skleraya nüfuz etmiş, gözdən kənarda lokalizasiya).
Beləliklə, GDYC problemində müalicə taktikasının seçimi zamanı ilk növbədə kompleks müayinə, qəlpənin keyfyyətli lokalizasiyası əhəmiyyət kəsb edir, belə ki, seçilən taktika, cərrahi müalicə texnikası (cərrahi travma) mexaniki travmanı artırmasın, ağırlaşdırmasın. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Намазова И.К. et al. 2015. К ВОПРОСУ ЧАСТОТЫ, ДИАГНОСТИЧЕСКИХ ВОЗМОЖНОСТЕЙ ОТКРЫТОЙ ОСКОЛОЧНОЙ ТРАВМЫ ОРГАНА ЗРЕНИЯ. Azərbaycan Oftalmologiya Jurnalı. 17 (May 2015), 72–82.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 > >>