ЛЕЧЕНИЕ СИНДРОМА «СУХОГО ГЛАЗА» В ПОСТОЖОГОВОМ ПЕРИОДЕ

Авторы

  • Шамилова Ф.Г.
  • Заргарли И.А.
  • Алиева Г.Ш.
  • Мамедова З.А.

Açar sözlər:

gözyanıqları, hialuron turşusu, qurugöz sindromu

Xülasə

Tədqiqatın məqsədi. Gözün yanıq travmasmı keçirmiş pasiyentlərdə QG sindromunun müalicəsi zamanı
hialuron turşusu əsasında yaradılmış preparatların effektiliyinin öyrənməsi.

Tədqiqatın materialları və metodları
Müşahidə altında gözün 2-ci və 3-cü dərəcəli kimyəvi və termik yanıqları olan 16-47 yaş arası 42 xəstə (44
göz), onlardan 33 kişi və 9 qadın idi.
Müalicədən 2-3 həftə sonra təkrar müayinə zamanı xəstələr aşağıdakı şikayətləri qeyd edirdilər: qum hissi,
quruluq hissi, diskomfort.Müayinə olunmuş pasiyentlərdə yanıqdan sonrakı dövrdə biomikroskopiya zamanı 13
gözdə komea şəffaf idi, 10 gözdə buludşəkilli bulanmalar, 12 - lokal stromal bulanmalar, 9 - müxtəlif intensivli
damarlı bulanmalar qeyd edilirdi.
Bütün pasiyentlərdə göz pərdəsinin (GP) sulu komponentinin sekresiyası (test Shirmer O., 1903) və GP-nin
cırılma vaxtı təyin olunurdu (Nom M.S.1969). Tədqiqatlar Şirmer və Nom testlərinin normadan aşağı olmasını
aşkar etdi.
Müayinə olunmuş pasiyentlər alman nəticələrə əsasən 3 qrupa bölünüb: 1 - QG sindromunun zəif dərəcəsi
(21 göz), 2 - QG sindromunun orta dərəcəsi (13 göz), 3 - QG sindromunun ağır dərəcəsi (10 göz). Yanıqdan
sonrakı QG sindromu olan pasiyentlərə hialuron turşusu əsasında preparatların aşağıdakı rejimdə instilyasiyaları
aparılmişdir: 1-ci qrup (21 göz) - gündə 2 dəfə (1 ay); 2-ci qrup (13 göz) - gündə 4 dəfə (2 ay); 3-cü qrup (10
göz) - gündə 6 dəfə (3 ay).

Nəticələr və müzakirələr
Hialuron turşulu preparatı ilə müalicə edilən pasiyentlərin şikayətlərinin təhlili onların azalmasını, hətta tam
yox olmasını göstərmişdir. Bütün pasiyentlər subyektiv komfortun yüksəlməsini, quruluq və qum hisslərinin
azalmasını qeyd edirdi. Belə ki, 50% qədər pasiyentlərdə komfort hissi müşahidə olunmuşdur, 38,6%-də isə
şikayətlər az ifadə olunan kateqoriyasına keçmişdir.
Hialuron turşulu preparatların tətbiqi nəticəsində 3 ay ərzində GP-nin çırılma vaxtının və yekun gözyaşı
ifrazının göstəricilərinin yaxşılaşması aşkar edilmişdir.
Aparılan müalicə fonunda QG sindromunun bütün dərəcələrində yekun gözyaşı ifrazının səviyyəsinin artması
tendensiyası qeyd edilirdi. Bununla belə Şirmer testinin göstəricisi 43,2%-də normaya çatır, 36,4%-də isə bu
sınağın artması qeyd edilirdi. Eyni zamanda prekomeal GP-nin stabilləşməsi və cırılma vaxtının uzanması aşkar
olunurdu: 38,6% hallarda Nom testi normaya çatır, qalan hallarda isə bu göstəricinin yüksəlməsi tendensiyası qeyd
edilirdi.

Yekun
Beləliklə, apardığımız tədqiqatlar göz yanıqlarından sonra yekun gözyaşı ifrazının və prekomeal GP-
nin stabilliyinin azalmasını aşkar etmişdir.
Bir sıra tədqiqatlar göz almasının travmatik zədələnmələri zamanı konyunktiva və komeal səthin vəziyyətini
yaxşılaşdıran natrium hialuronatın effektivliyini göstərmişdir.
Hialuron turşusu əsasında hazırlanmış preparatından gözyaşmın əvəzedicisi kimi istifadə etməyimiz
göz yanıqlarının nəticəsində yaranan subyektiv şikayətlərin azalmasına, yekun gözyaşı ifrazının funksional
göstəricisinin artmasına və prekomeal pərdənin stabilliyinin qiymətləndirilməsinə imkan yaratmışdır.
Hialuron turşusu əsasında hazırlanmış preparatların tətbiqindən alman müsbət nəticələrin təhlili imkan yaradır
ki, yanıqdan sonrakı dövrdə QG sindromunun medikamentoz korreksiyasında bu preparatlardan effektiv vasitə
kimi istifadəsini tövsiyə edək.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.12.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Шамилова Ф.Г. et al. 2013. ЛЕЧЕНИЕ СИНДРОМА «СУХОГО ГЛАЗА» В ПОСТОЖОГОВОМ ПЕРИОДЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 13 (Dec. 2013), 46–51.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>