AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİNİN STASİONAR MƏLUMAT BAZASINA ƏSASƏN OFTALMOTRAVMATİZMİN STRUKTURU (2019 - 2023)

Authors

DOI:

https://doi.org/10.71110/ajo791020251701524148

Keywords:

oftalmotravmatizm, görmə orqanı travmaları, qapalı travmalar, açıq travmalar, yad cisimlər, profilaktika

Abstract

Məqsəd – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2019-2023-cü illərinin stasionar məlumat bazasına əsasən oftalmotravmatizmin strukturunu təhlil etmək.

Material və metodlar
Araşdırma çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində stasionar müalicə almış pasiyentlərin görmə orqanı travmaları ilə bağlı statistik məlumatları təhlil edilmişdir. 2019- 2023-cü illər ərzində ümumilikdə 2152 stasionar xəstənin tibbi kartası (2225 zədələnmiş göz) analiz edilmişdir. Tədqiqat zamanı görmə orqanı travmalarının müxtəlif növlərinin rastgəlmə tezliyi retrospektiv olaraq Birmingham Göz Travma Terminologiyası (BETT) əsasında araşdırılmışdır. Həmçinin, travma növləri ilə onların baş verdiyi yerlər arasındakı əlaqə də təhlil olunmuşdur

Nəticələr
Bu tədqiqat müşahidə illərində açıq göz travmalarının üstünlük təşkil etdiyini və yad cisimlər olması ilə görmə orqanı travmalarının yüksək tezliklə rast gəlindiyini aşkar etmişdir. Qapalı göz travmaları arasında ən çox lamellyar rupturalar qeydə alınmışdır ki, bu da orta hesabla bütün halların 82,1±14,6%-ni təşkil etmişdir. Yad cisimlə bağlı göz travmaları bütün oftalmotravmaların əhəmiyyətli hissəsini təşkil etmişdir: 45,1%- i bu cisimlərin buynuz qişaya, 33,6%-i isə şüşəvari cismin daxilinə nüfuz etməsi ilə bağlı olmuşdur. Tədqiq olunan bütün görmə orqanı travmalarının 48,1%-i açıq ərazilərdə (meşə, bağ, çimərlik və s.), 23,6%-i isə istehsalat prosesində baş vermişdir.

Yekun
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində stasionar müalicə almış pasiyentlər arasında oftalmotravmatizmin strukturunun xüsusiyyətləri və travmaların baş verdiyi yerlərin təhlili, travmatizmin azalmasına yönəlmiş kompleks profilaktik tədbirlərin işlənib hazırlanmasının vacibliyini vurğulayır. Həmçinin, risklər barədə məlumatlılığı artırmaq da xüsusi önəm daşıyır. Xüsusilə, həssas əhali qrupları üçün monitorinq və profilaktik proqramların təkmilləşdirilməsi davam etdirilməlidir.

Downloads

Download data is not yet available.

Published

2025-04-08

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Qasımov E.M. and Bayramova H.O. 2025. AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİNİN STASİONAR MƏLUMAT BAZASINA ƏSASƏN OFTALMOTRAVMATİZMİN STRUKTURU (2019 - 2023). The Azerbaijan Journal of Ophthalmology. 17, 52 (Apr. 2025), 41–48. DOI:https://doi.org/10.71110/ajo791020251701524148.
Article Footer

Similar Articles

1-10 of 282

You may also start an advanced similarity search for this article.