GÖRMƏ ORQANI ZƏDƏLƏNMƏLƏRİ PROBLEMİNİN MÜASİR ASPEKTLƏRİ (ƏDƏBİYYAT İCMALI)

Авторы

  • Bayramova H.O.

Açar sözlər:

göz travmatizmi, oftalmotravmatizmin risk faktorları

Xülasə

Gözün və onun köməkçi aparatının travmaları dünyanın bütün ölkələrində həmişə oftalmoloqların diqqət mərkəzində olub. “Vision 2020: qarşısı alına bilən korluğun ləğv edilməsi və görmə hüququ üzrə qlobal təşəbbüs” proqramı çərçivəsində aparılan araşdırmalar nəticəsində yaxın onilliklər ərzində perspektivdə oftalmotravmatizmin bütün ölkələrdə sağlamlıq üçün ciddi problemlər yarada biləcəyi müəyyən edilmişdir.

Bu məqalədə göz travmatizmi problemi ilə bağlı yerli və xarici elmi ədəbiyyat axtarışının nəticələri təqdim olunur. Ədəbiyyat icmalının məqsədi gələcək tədqiqat istiqamətinin formalaşması ilə ən yeni nəşrlər əsasında dünyada və Azərbaycanda göz travmatizmi problemlərinin öyrənilməsidir. Mənbələr monoqrafyalar, məlumat kitabçaları, elmi jurnallar, dissertasiyaların avtoreferatları və onlayn resurslardan ibarətdir. Ədəbiyyatın nəticələrinə görə müəyyən edilmişdir ki, təcili və cərrahi yardımın göstərilməsi üzrə müasir texnologiyalara baxmayaraq, göz travmatizmi dünyanın bütün ölkələrində böyük bir problem olaraq qalır. Həmçinin, göz travmatizmi problemi posttravmatik görmə funksiyalarının pozulması nəticəsində əlilliyin yüksək faizi səbəbindən Azərbaycan üçün də aktual olaraq qalır. Ədəbiyyat icmalı çərçivəsində gözün və onun köməkçi aparatının travması hallarının yaşa, cinsə, zədə növünə görə paylanmasının xüsusiyyətləri, həmçinin oftalmotravmatizm riskinin artmasına səbəb olan amillər öyrənilmiş və ümumiləşdirilmişdir. Azərbaycanda göz travmatizminin azaldılması yollarının axtarışı ilə onun xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqatların aparılmasının aktuallığı və perspektivliliyi müəyyən edilib. Toplanmış elmi məlumatlar əsasında baxılan məsələ ilə bağlı gələcək tədqiqatların məqsədi əsaslandırılmışdır. Dissertasiya tədqiqatı çərçivəsində Azərbaycan Respublikasında indiki mərhələdə göz travmatizmini xarakterizə etməklə, onun diaqnostikası, klinikası və müalicəsinin xüsusiyyətlərini qiymətləndirərək, azaldılması yollarının optimallaşdırılması planlaşdırılır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.10.2024

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI