ЗАБОЛЕВАЕМОСТЬ ОРГАНА ЗРЕНИЯ СРЕДИ ВЗРОСЛОГО НАСЕЛЕНИЯ И ПУТИ ЕЕ СНИЖЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Авторы

  • Агаева Р.Б.
  • Касимов Э.М.

Açar sözlər:

görmə orqanı xəstəlikləri, münaqişəlik, metodik tövsiyələr, dispanserizasiya

Xülasə

Məqsəd – böyük yaşlı əhali arasında görmə orqanı xəstəliklərini təhlil etmək və onların azaldılması üzrə elmi cəhətdən əsaslandırılmış tədbirləri işləyib hazırlamaq.

Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məlumat bazasının istifadəsi ilə Azərbaycan Respublikası üzrə on il ərzində (2001-2010-cu illər) gözün və onun əlavə aparatının xəstəliklərinin təhlili aparılmışdır. Tədqiqatın nəticələrinin təhlili statistik müayinə metodların istifadəsi ilə aparılmışdır: intensiv və ekstensiv göstəricilərin hesabı, göstəricilərin fərq dürüstlüyünün təhlili, bölünmə və s. Hesablanma MS Exell və EpiInfo proqramlarının istifadəsi ilə aparılmışdır.

Nəticə
2001-2010-cu illər ərzində böyük yaşlı əhalinin görmə orqanı xəstəliklərinin dinamik nəticələrinin təhlili göstərmişdir ki, 2006-cı və 2010-cu illərdə maksimal qiymətə çataraq, tədqiqatın müxtəlif illəri ərzində göstəriciləri fərqli olmuşdur. Ümumiyyətlə tədqiqat dövründə dispanser müşahidə altında görmə orqanı xəstəlikləri ilə 30516 şəxs olmuşdur, o cümlədən: qlaukoma ilə - 5519, katarakta ilə - 9991, yaxındangörmə ilə - 7174, korluq və zəifgörmə ilə - 4132 şəxs. Beləliklə, Azərbaycan Respublikasında son on il ərzində böyük yaşlı əhali arasında göz patologiya nəticəsində, o cümlədən gözün müxtəlif növ xəstəlikləri zamanı, əhəmiyyətli artması ilə xarakterizə olunur, bu isə son zamanlar respublikada göz xəstəliklərinin yayılması və həmin patologiyanın dərin diaqnostikası haqda dəlalət edir.

Yekun
Bütovlükdə respublika üzrə və inzibati ərazilərdə yaşlı əhali strukturunda görmə orqanının əsas xəstəlikləri nəticəsində çoxillik dövr ərzində alınmış məlumatları səhiyyə təşkilatları tərəfndən göz xəstəliklərinin vaxtlı vaxtında diaqnostikası, adekvat müalicəsi və ciddi ağırlaşmaların və əlilliyin proflaktikasının həyata keçirilməsi üçün informasiya bazası kimi istifadə etmək lazımdır. Respublika səviyyəsində görmə orqanı xəstəliklərinin statistik və epidemiologiya aspektlərinin baxılması və dəqiqləşdirilməsi olmadan ixtisaslaşdırılmış oftalmoloji yardımın planlaşdırılması və göstərilməsi mümkün deyil.
Bizim tərəfmizdən aşkar edilmiş görmə orqanı xəstəliklərinin artması, mümkündür, oftalmologiya diaqnostikasının yaxşılaşmasıyla və tibbi yardımın əlverişli olmasıyla əlaqədardır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

12.02.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Агаева Р.Б. and Касимов Э.М. 2016. ЗАБОЛЕВАЕМОСТЬ ОРГАНА ЗРЕНИЯ СРЕДИ ВЗРОСЛОГО НАСЕЛЕНИЯ И ПУТИ ЕЕ СНИЖЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 20 (Feb. 2016), 42–46.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 > >>