GÖRMƏ ORQANININ TRAVMALARI ZAMANI İNFEKSİON AĞIRLAŞMALARIN İNKİŞAF RİSKİNİN ÖYRƏNİLMƏSİ

Müəlliflər

Açar sözlər

görmə orqanı travması, posttravmatik infeksion ağırlaşmalar, yad cisim, müraciətin edilmə vaxtı, mikroflora, risk faktorları

Xülasə

Görmə orqanı travmalarının strukturu, posttravmatik ağırlaşmaların inkişaf risk faktorları və törədici mikroorganizmlərin spektrinin öyrənilmasinin aktuallığı diaqnostika, profilaktika və müalicə metodlarının təkmilləşdirməsinə olan ehtiyacla izah olunur.

Məqsəd – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə hospitalizasiya olunmuş görmə orqanı travması olan pasiyentlərdə infeksion ağırlaşmaların inkişaf riskini qiymətləndirmək.

Material və metodlar
2019–2023-cü illər ərzində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə “görmə orqanı travması” diaqnozu ilə hospitalizasiya olunmuş 2167 pasiyentin (2225 göz) stasionar xəstəlik tarixçələri təhlil edilmişdir. Birminqem terminologiya sisteminə (BETT) əsasən bütün oftalmotravmatizmin strukturu qiymətləndirilmiş, yaş və cinsə görə paylanma xüsusiyyətləri, habelə infeksion ağırlaşmaların əsas risk amillərindən asılılığı öyrənilmişdir. İnfeksion ağırlaşmaların inkişafında iştirak edən patogen mikroorqanizmlərin spektri təhlil edilmiş, aşkarlanmış risk faktorları üçün şans nisbəti (Odds Ratio, OR) hesablanmış və təsviri statistik analiz aparılmışdır.

Nəticələr
Hospitalizasiya olunmuş pasiyentlər arasında qapalı və açıq göz travmalarından sonra posttravmatik keratitlər, buynuz qişa xoraları, abseslər, endoftalmitlər və panoftalmitlər kimi infeksion ağırlaşmalar mühüm yer tutmuşdur. Bu ağırlaşmaların inkişaf ehtimalı qapalı göz travmaları zamanı açıq travmalara nisbətən 6,2 dəfə yüksək olmuşdur (OR = 6,21; 95% Eİ (etibarlılıq intervalı): 5,04–7,66, р < 0,001). Pasiyentlərin çox gec müraciəti infeksiya riskini təxminən 3 dəfə artmışdır (OR = 2,974; 95% Eİ: 2,490–3,553, р < 0,001). Yaşlı qrupda (>65 yaş) bu risk gənclərlə müqayisədə 2,6 dəfə yüksək olmuşdur (OR = 2,650; 95% Eİ: 2,224–3,157, р < 0,001). Həmçinin müəyyən edilmişdir ki, gözdə yad cismin olması infeksion ağırlaşma ehtimalını təxminən 1,5 dəfə artırmışdır (OR = 1,450; 95% Eİ: 1,195–1,760, р < 0,001). Müayinə olunan halların 70,1%-də əsasən Staphylococcus cinsinə aid qram-müsbət mikroflora aşkar edilmişdir.

Yekun
Posttravmatik infeksion ağırlaşmaların inkişafı çoxfaktorlu asılılığa malik olub, travma tipi, müraciətin edilmə vaxtı, pasiyentin yaşı və gözdə yad cismin olması kimi parametrlərlə müayinə olunur. Erkən müraciət görmə orqanı travmalarının ağır nəticələrinin qarşısının alınmasında əsas rol oynayır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

14.01.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Qasımov E.M. and Bayramova H.O. 2026. GÖRMƏ ORQANININ TRAVMALARI ZAMANI İNFEKSİON AĞIRLAŞMALARIN İNKİŞAF RİSKİNİN ÖYRƏNİLMƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 55 (Jan. 2026), 51–59.
Article Footer

Oxşar məqalələr

1-10 : 343

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.