ОЦЕНКА СТРУКТУРЫ ГЛАЗНОГО ТРАВМАТИЗМА И ОКАЗАННОЙ ОФТАЛЬМОЛОГИЧЕСКОЙ ПОМОЩИ ПАЦИЕНТАМ НАЦИОНАЛЬНОГО ЦЕНТРА ОФТАЛЬМОЛОГИИ ИМЕНИ АКАД. ЗАРИФЫ АЛИЕВОЙ
Açar sözlər:
göz travmaları, cərrahi müdaxilələrXülasə
Məqsəd – ixtisaslaşdırılmış yardım mərhələsində cərrahi müalicə taktikasının xarakteristikası ilə müraciət edən xəstələrdə göz travmalarının tezliyi, strukturu və xüsusiyyətlərinin təhlili.
Material və metodlar
Tədqiqatın obyekti 3303 statistik kartdan ibarət olmuşdur. Bütün tədqiqat dövründə müxtəlif göz travmaları ilə altı aylıq körpədən 91 yaşa qədər olan 3303 pasiyentə yardım göstərilmişdir: uşaq şöbəsi - 1165 (35,3%); böyüklərin göz travması şöbəsi - 2138 nəfər (64,7%).
Nəticələr və onların müzakirəsi
Uşaqlarda hər yaş qrupu daxilində görmə orqanı travmasının xarakteri haqqında məlumatların analizi bütün uşaq kontingenti pasiyentlərində dəlib-keçən yaralanmaların üstünlüyünü göstərmişdir və müvafq olaraq 56.9%, 73.5% və 62.3% təşkil etmişdir. 16 yaşa qədər məktəblilər arasında rast gəlinmə tezliyinə görə ikinci yerdə göz kontuziyası (18.5% halda), 1 yaşa qədər olan körpələrdə ikinci yerdə gözün yanıqları (kimyəvi, termik) (17.7% halda) olmuşdur. Məktəbəqədər uşaq yaş qrupunda yaralanmaların əsas üstünlüyünü dəlib-keçən yaralanmalar və kontuziya (orta hesabla 41.7±1.4%) təşkil etmişdir. 1 yaşa qədər olan körpə yaş yarımqrupu arasında yanıq travmalarının olduqca yüksək paya sahib olması diqqəti cəlb edir – bütün yanıqların 14,9%. Gözün dəlib-keçən yaralanma hallarının yarısı məktəbli yaş yarımqrupunun üzərinə düşür. Həmçinin, gözün kontuziyası 61.9% halda 7-16 yaşlı məktəblilərdə qeydə alınmışdır. Böyüklərdə hər yaş qrupu daxilində görmə orqanı travmasının xarakteri haqqında məlumatların analizi bütün dəlib-keçən yaralanmaların üstünlüyünü göstərmişdir və müvafq olaraq 56.9%, 73.5% və 62.3% təşkil etmişdir. 60 yaş və yuxarı yarımqrupu arasında daha çox yanıqlar rast gəlinmişdir (4.5% halda). Demək olar ki, bütün yaş yarımqrupları arasında gözün kontuziyaları eyni dərəcədə (orta hesabla 22.4±1.8% halda) qeydə alınmışdır. Uşaqlarda gözdaxili yad cisim mövcudluğu (110 hal) zamanı buynuz qişanın infltratı (58.3% halda), travmatik katarakta (13.9% halda), hifema (10.9% halda), hemoftalm (6.5% halda), hipopion (0.6% halda), endoftalmit (5.7% halda) və tor qişanın zədələnməsi (0.3% halda) kimi fəsadlar qeyd olunmuşdur. Digər 3.8% halda müşayiət edən patologiyalar nəzərə çarpmamışdır. Böyüklərdə gözdaxili yad cisim mövcudluğu (274 hal) zamanı hemoftalm (54.2% halda), travmatik katarakta (27.1% halda), hifema (4.0% halda), endoftlamit (2.6% halda), hipopion (2.2% halda) və tor qişanın zədələnməsi (2.2% halda) kimi fəsadlar qeyd olunmuşdur. Qalan 8.3% halda müşayiət edən patologiyalar nəzərə çarpmamışdır. Uşaq və böyüklər arasında dəlib-keçən yaralanmalar zamanı cərrahi müdaxilələr kombinə edilmiş və yaxud rekonstruktiv xarakter daşımışdır.
Yekun
1. Aparılmış tədqiqatlar nəticəsində MOM-ə daxil olan pasiyentlərin görmə orqanı travmalarının ağırlığı statistik dürüst olaraq və aşkar edilmiş zədələnmələrin xüsusiyyətini nəzərə alaraq keçirilmiş cərrahi müdaxilələrin məqsədəuyğunluğu təsdiq olunmuşdur.
2. Əldə olunmuş məlumatlar müalicəvi yardım səviyyəsinin və müasir oftalmologiya elminin nəaliyyəti, kadrların ixtisasının artırılması, texnologiyaların inkişafını nəzərə alaraq keyfyyətinin gələcəkdə artım yollarının işlənib hazırlanmasının labüdlüyünü təsdiq edir.