XIZI RAYONUNDA TRAVMA NƏTİCƏSİNDƏ YARANMIŞ GÖRMƏ ORQANININ ƏLİLLİYİNİN TƏHLİLİ

Авторы

  • Feyziyeva K.V.

Açar sözlər:

əlillik, görmə orqanı, oftalmotravmatizm, korluq, travma

Xülasə

Məqsəd – Xızı rayonunda yaşayan görmə üzrə əlilliyi olan şəxslərdə travma nəticəsində gözün və onun əlavə apparatının əlillikdə rolunun təhlili.

Material və metodlar
Xızı Rayon Mərkəzi Xəstəxanasının əlillik materialları əsasında əlilliyin analizi aparılıb. Xızı rayonunda yaşayan görmə orqanı üzrə fziki məhduddiyyətli şəxslər arasında ilk dəfə olaraq, travmatizmin əlillikdə rolunun təhlili aparılıb. Tədqiqat görmə orqanı üzrə əlillik almış 68 nəfər arasında aparılıb. Onlardan 23-ünü (33.8%) travma nəticəsində baş vermiş əlillik halı təşkil edib. Tədqiqat statistik, tibbisosial xarakter daşıyır.

Nəticə
Xızı rayonunda oftalmotravma nəticəsində olan əlilliyin nozoloji səbəbləri arasında buynuz qişa distrofyası 7 nəfər (30.44%), subatrofya 6 nəfər (26.09%), anoftalm 3 nəfər (13.04%), göz dibi patologiyası 3 nəfər (13.04%), travmadan sonra başlamış uveal patologiya 2 nəfər (8.69%), travmatik katarakta 1 nəfər (4.35%), termiki yanıqdan sonrakı simblefaron 1 nəfər (4.35%) təşkil etmişdir. Tədqiqat aparılan Xızı rayonunda fziki məhdudiyyətli şəxslərin əksəriyyətini (82.6% - 19 nəfər) 1960-cı il təvəllüdündən cavan, əmək qabiliyyətli şəxslər təşkil etmişdir. Xızı rayonunda da görmə üzvünün travmaları kişilər arasında daha geniş yayılıb - 18 nəfəri (78.3%) kişilərin, 5 nəfəri (21.7%) qadınların payına düşmüşdür.

Yekun
Əlillik dərəcəsi sabit qalmayıb dəyişə bilər. Bu dəyişmə xəstəlik ağırlaşdıqda arta və ya əksinə müalicə efekt verdikdə azala bilər. Bu da müxtəlif metodların efektivliyinin qiymətləndirilməsini və xüsusən, reabilitasiyanın nə qədər əhəmiyyətli olduğunu göstərir. Yuxarıdakıları nəzərə alaraq travmatizmin proflaktikasına da ciddi yanaşılmalıdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.12.2020

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>