К ВОПРОСУ ДИАГНОСТИЧЕСКИХ ВОЗМОЖНОСТЕЙ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ ПЕРЕДНЕГО ОТРЕЗКА ГЛАЗА ПРИ МЕХАНИЧЕСКОЙ ТРАВМЕ

Авторы

  • Намазова И.К.
  • Шамилова Ф.Г.
  • Гашымова Н.Ф.
  • Заргарли И.А.
  • Несруллаева М.М.
  • Миришова М.Ф.
  • Гасанов Д.В.
  • Гусейнов Э.С.
  • Кулиев Э.Р.

Açar sözlər:

optik koherent tomoqrafiya, gözün mexaniki travması

Xülasə

Zədələnmiş gözün müayinəsi üçün optimal metodikanın axtarışı gözün ön kəsiyinin optik koherent
tomoqrafiyasının (GÖK-OKT) seçimi xeyrinə bəraət qazandıırır. Visante-OCT (Carl Zeiss, AFR) köməyi ilə
aparılan GÖK-OKT gözün ultranazik strukturlarının müayinəsi üçün təxsis edilən müasir yüksəktexnologiyalı
üsullardan biridir. Toxumaların köndələn skanedilməsi 1310 nm dalğa uzunluqlu superlyuminessent diod vasitəsi
ilə aparılır.

Məqsəd. Hazırki tədqiqatın məqsədi müxtəlif yaş aspektində mexaniki travmanm xüsusiyyətlərini aşkar etmək
üçün GÖK-OKT-nin potensial imkanlarını öyrənmək.

Material və metodlar
Hazırki məlumat görmə orqanının mexaniki travmasından sonra lyaş 2 aylığından 72
yaşa kimi. 58 halda zədə açıq, 40 halda isə qapalı xarakter daşıyırdı. Bunlarda 52 halda GÖK-OKT aparılmışdır.

Nəticə və onların müzakirəsi
GÖK-OKT metodikanın xüsusiyyətləri ondan ibarətdir ki, klinisist dərhal alınan zədədən sonra və cərrahi
işlənmədən sonra ən yaxın müddətdə gözün strukturlarını müayinə etmək imkanına malikdir. Qoyulan məqsədə
uyğun olaraq, kliniki müşahidələrin təhlili, müayinənin ilk etapı kimi, GÖK-OKT üçün optimal göstəriciləri
uyğunlaşdırmağa imkan vermişdir. OKT, biomikroskopik müayinə metodikası ilə bir sırada, optimal bir metod kimi,
vizualizasiyası çətin olan ön kameranın strukturlarının müayinəsi üçün, həmçinin buynuz qişanın dəyişiklikləri
olduğundan, çox əlverişlidir.
Aparılan tədqiqatlar nəticəsində buynuz qişanın dəlik nahiyəsində qeyri-bərabər qalınlaşmadan geniş
nazilməsinə qədər polimarf dəyişiklilər aşkar edilmişdir, bu da alınan zədənin ağırlığını, yaranan fəsadların
xarakterini əks etdirir. Buynuz qişanın mexaniki travmasının kliniki təzahürünün xarakteri və ağırlığına görə, onun
arxitektonikasının dəyişiklikləri olduqca çoxvariantlıdır. Müşahidələr göstərir ki, onların sırasında buynuz qişanın
dessemet membranının qopması (DMQ), mexanili travmanın fəsadı kimi, çox rastgəlinən haldır. Ədəbiyyata
görə DMQ daha tez buynuz qişanın cərrahi travma nəticəsində yaranan fəsad kimi müzakirə olunur. GÖK-OKT
zamanı vizualizasiyanın imkanı, zadələnmənin xarakteri, buynuz qişanın yara kanalanın adaptasiyası, buynuz
qişanın dərin qatlarının deşilib-əzilməsi, əyri yara kanalı əlaməti ilə yaranın işlənməsi texnikasını təadiq edib,
bəzi düzəlişlərin aparılmasına şərait yaratmışdır. Güzehli qişanın posttravmatik dəyişiklikləri polimorf olub, hansı
ki, iridodializ, koloboma, aniridiya sahəsi kimi diaqnostika olunurlar. Müalicə taktikasının, dinamik müşahidənin
müəyyən edilməsi üçün GÖK-OKT-da travmadan sonra aşkar olunan formalaşan kista, boşluq törəmələri kimi
qüzehli qişanın dəyişiklikləri, o cümlədən uşaq yaşlı pasiyentlərin zədədən sonra uzaq nəticələri, olduqca vacibdir.
OKT ikincili posttravmatik qlaukomanın inkişafının potensial risk amilini vaxtlı-vaxtında aşkar etməyə
imkan yaradır. Onların içində ön kamera bucağı (ÖKB) strukturlarının resessiyası, iridokorneal sinexiyalar,
qoniosinexiyalar, bitişmələr, daha tex ekrana çıxan buynuz qişanın dəyişiklikləri, məsələn, ödemi kimi patoloji
dəyişikliklər müşahidə edilir. Skanoqrammalarda aşkar olunan dəyişikliklər daha çox müştərək xarakter daşıyır.
ÖKB-nın dəyişiklikləri həmçinin şüşəvari cismin şişməsi nəticəsi ola bilər. Daha tez iltihabi proses və qansızma
ilə fəsadlaşan iridokorneal kontakt sulu mayenin arxa kameradan ön kameraya retensiyasını çətinləşdirir. Təzyiqin
artması qüzehli qişanın kökünün önə yerdəyişməsinə gətirir, bu da ÖKB-nın əvvəlcə funksional, sonra isə orqanik
blokuna şərait yaradır.

Yekun
İlk müşahidələrimizi ümumiləşdirərək, qeyd etmək lazımdır ki, gözün mexaniki travmasının
xüsusiyyətlərinin, təzahürünün tədqiqi zamanı OKT, gözün ön kəsiyi strukturlarının kontaktsız müayinəsinə görə,
şübhəsiz, üstünlüyə malikdir. Bu metod travmadan sonra dəyişilmiş göz strukturlarını, topoqraf-anatomik əlaqənin
pozulmasını detallaşdırmağa şərait yaradır və, həmçinin bu və ya digər fəsadların potensial risk amilini aşkar
edərək, optimal müalicə taktikanın seçimini qabaqcadan müəyyənləşdirir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

17.02.2012

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Намазова И.К. et al. 2012. К ВОПРОСУ ДИАГНОСТИЧЕСКИХ ВОЗМОЖНОСТЕЙ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ ПЕРЕДНЕГО ОТРЕЗКА ГЛАЗА ПРИ МЕХАНИЧЕСКОЙ ТРАВМЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 8 (Feb. 2012), 98–106.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 > >>