ОСОБЕННОСТИ СОСТОЯНИЯ РОГОВИЦЫ У БОЛЬНЫХ С ПРОНИКАЮЩИМИ РАНЕНИЯМИ ПОСЛЕ УДАЛЕНИЯ РОГОВИЧНЫХ ШВОВ

Authors

  • Гусейнов Э.С.
  • Миришова М.Ф.
  • Байрамова Х.О.

Keywords:

buynuz qişa cərrahiyyəsi, dəlib-keçən yaralanma

Abstract

Məqsəd – göz almasının dəlib-keçən yaralanması olan xəstələrdə buynuz qişa cərrahiyyəsinin xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
Biz buynuz qişanın dəlib-keçən yaralanması olan 24 xəstə (24 göz) müayinə etdik. Dəlib-keçən yaralanmalarda cərrahi işlənmədən 3 ay sonra tikişlərin sökülməsi icra olundu. Bütün xəstələri posttravmatik çapığın yerləşməsindən asılı olaraq hər qrupda 12 xəstə olmaqla 2 qrupa ayırdıq: periferik və paraoptik.

Nəticə
Buynuz qişanın periferik çapığı olan xəstələrdə görmə itiliyi buynuz qişanın paraoptik çapığı olan xəstələrə nisbətən daha yüksək oldu. Buynuz qişada paraoptik tikişlərin sökülməsindən sonra ön kameranın dərinliyində, ön kamera bucağı parametrlərində və buynuz qişanın qırılma gücündə birinci qrup xəstələrə nisbətən əhəmiyyətli artım müşahidə olundu. Buynuz qişa xüsusiyyətlərinin öyrənilməsi göstərdi ki, buynuz qişanın mərkəzi hissəsinin qırılma gücü periferiyadan 3 D artıqdır. Bu buynuz qişanın mərkəzi hissəsinin daha qabarıq periferiyasının daha yastı olması ilə əlaqəlidir. 

Yekun
Beləliklə, alınan nəticələrə görə buynuz qişanın dəlib-keçən yaralanması olan xəstələrdə tikişlərin sökülməsindən sonra buynuz qişanın və ön seqmentin göstəriciləri normal gözün göstəricilərinə yaxınlaşmışdır. Buynuz qişada çapığın yerləşməsindən asılı olaraq (parasentral və periferik) görmə itiliyin artması xəstələrin klinik-funksiyonal reablitasiyasına gətirib çıxardı.

Downloads

Download data is not yet available.

Published

2015-11-24

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Гусейнов Э.С. et al. 2015. ОСОБЕННОСТИ СОСТОЯНИЯ РОГОВИЦЫ У БОЛЬНЫХ С ПРОНИКАЮЩИМИ РАНЕНИЯМИ ПОСЛЕ УДАЛЕНИЯ РОГОВИЧНЫХ ШВОВ. The Azerbaijan Journal of Ophthalmology. 19 (Nov. 2015), 58–63.
Article Footer

Similar Articles

1-10 of 199

You may also start an advanced similarity search for this article.