СИМПАТИЧЕСКАЯ ОФТАЛЬМИЯ ПОСЛЕ ПОВТОРНЫХ ВИТРЭКТОМИЙ, ПРОВЕДЕННЫХ ПО ПОВОДУ РЕЦИДИВИРУЮЩЕЙ ОТСЛОЙКИ СЕТЧАТКИ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Açar sözlər:
simpatik oftalmiya, parsplana vitrektomiya, torlu qişa qopmasının sesidiviXülasə
Simpatik oftalmiya göz almasının dəlib-keçən yaralanmadan və ya cərrahi əməliyyatdan sonra yaranan bilateral
qranulematoz uveit ilə xarakterizə olunan nadir xəstəlikdir. Məqalədə vitrektomiya əməliyyatından sonra əmələ
gələn simpatik oftalmiya kliniki halı təsvir olunur. Milli Oftalmologiya Mərkəzinə yüksək dərəcəli miopiya və sağ gözdə nəhəng yırtıq ilə torlu qişanın reqmatogen qopması ilə 33 yaşlı qadın xəstə müraciət edib. Xəstədə pars
plana vitrektomiya və silikon tamponadası cərrahi əməliyyatı aparılıb. Ama xəstədə torlu qışa qopmasının residivi
baş vermiş, və əlavə əməliyyatlar tələb olunmuşdur. Son anatomik effekt - torlu qişanın tam yerinə oturması
yalnız üçüncü əməliyyatdan sonra nail olundu. Sonuncu əməliyyatdan 6 ay sonra xəstədə əməliyyat olunmuş
gözdə uveit aşkar olunmuş və yerli iltihab-əleyhinə müalicə aparılmışdır. Bundan 4 ay sonra isə xəstə obiri gözdə
görmənin dumanlanmasından şikayət etməyə başlamışdır ki, o gözdə də uveit aşkar olunmuşdur. Ön kamerada
hüceyrə reaksiyasından başqa hər iki gözdə multifocal xorioretinit və torlu qişanın periferiyasında Dalen-Fuchs
tipli ocaqlar aşkar olunmuşdur. Flüoressein angioqrafiyası və optic koherent tomoqrafiya da aparılmışdır.
Xüsusi anamnez, kliniki göstəricilərə əsasən xəstədə simpatik oftalmiya diaqnozu qoyulmuş, ümümi və yerli
steroid müalicəsi aparılmışdır. 4 ay sonra müalicəyə sitostatik Ciklosporin 100 mg əlavə olunmuşdur.
Yekun
Simpatik oftalmiya gözdaxili əməliyyatlardan, əsasən vitrektomiyadan sonra gözlənilən bir fəsaddır.