UŞAQLARDA UNILATERAL TRAVMATİK KATARAKTA, UZUNMÜDDƏTLİ MÜŞAHİDƏ
Açar sözlər:
küt göz travması, dəlib-keçən göz yaralanması, travmatik katarakta, katarakta cərahiyyəsi, uşaqlarXülasə
Məqsəd - uşaqlarda unilateral travmatik kataraktanın cərrahi müalicəsinin çoxillik nəticələrinin təhlili.
Material və metodlar
Bu retrospektiv tədqiqata unilateral travmatik kataraktalı və ən az müşahidə müddəti 6 il olan uşaqlar daxil edilmişdir. Əsas nəticələrə görmə itiliyi və ağırlaşmaların baş verməsi daxil edilmişdir.
Nəticə
Tədqiqata daxil edilən 35 uşaqdan 77% oğlan idi. Orta müşahidə dövrü 6 il olmuşdur. Uşaqların travma alan zaman orta yaşı 9 olmuşdur. 26 xəstə (74%) dəlib-keçən travma ilə və 9 xəstə (26%) küt travma ilə müraciət etmişdir. 23 xəstə (66%) müraciət edərkən katarakta artıq var idi, 2 xəstədə müşahidə müddəti zamanı katarakta inkişaf etmişdi. Ümumi olaraq 22 katarakta cərrahiyyəsi aparılıb, onlardan 20 xəstəyə (91%) İOL implantasiyası edilib, 2 xəstə (9%) isə afakik saxlanmışdır. Bir xəstə (4.3%) konservativ müalicə almışdı. Uzunmüddətli müşahidə dövründə 3 xəstədə (12%) İOL dislokasiyası, 4 xəstədə (16%) qlaukoma və 14 xəstədə (56%) arxa kapsulanın bulanması müşahidə edilmişdir. Travmanın alınması və İOL implantasiyası ilə görmə itiliyi arasında korrelyasiya, eyni zamanda son görmə itiliyi və travmanın alınması zamanı uşağın yaşı arasında korrelyasiya aşkar edilməmişdir. Ancaq son görmə itiliyi ilə müşahidə müddəti arasında korrelyasiya var idi.
Yekun
Uzunmüddətli müşahidə dövründə (6 ildən çox) 25%-dən çox hallarda ağırlaşmalar baş vermişdir. Bu onu göstərir ki, cərrahla valideynlər arasında söhbət proqnozun müzakirəsi və onlara mütəmadi müşahidənin vacibliyi vurğulanmalıdır.