НАШ ОПЫТ РЕКОНСТРУКЦИИ ДЕФЕКТОВ ВЕК ПО МЕТОДУ TENZEL
Xülasə
Göz qapaqlarının kiçik və orta ölçülü dəlib-keçən qüsurlarmının müasir müalicəvi plastikası plastik- rekonstruktiv əməliyyatların müəyyən toplusu ilə təqdim edilir. Fizioloji tamlığı bərpa edə bilən ideal cərrahi əməliyyat mövcud deyil. Mövzunun aktuallığı əvvəlki kimi yüksək qalır, çünki bu problem qarışıq xarakter daşıyır, yəni həm müalicəvi (göz qapaqlarının qoruyucu funksiyası), həm kosmetik. Orqanqoruyucu, funksional və kosmetik məqsədlə biz Tenzel üsulu ilə göz qapaqlarının bərpasını apardıq.
Məqsəd. Tenzel üsulu ilə göz qapaqlarının bərpasının effektivliyinin qiymətləndirilməsi.
Material və metodlar
Tədqiqata göz qapaqlarının müxtəlif mənşəli qüsurları ilə 8 xəstə daxildir. Qüsurların
səbəbləri: göz qapağının anadangəlmə koloboması (2 xəstə), onkologiya (5 xəstə), zədə (1 xəstə).
Səkkiz xəstədə göz qapaqlarının qüsurlarmının bərpası məqsədilə Tenzel üsulu ilə cərrahi əməliyyat aparılmışdır.
Nəticə kimi - cərrahi texnikasının bütün detallarına riayət edilməsi ilə göz qapaqlarının qüsurların bərpası
zamanı qısa və uzun müddətlərdə qapaqların formasını tam bərpasına nail olunmasını iddia etmək olar.