СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ЭФФЕКТИВНОСТИ ПРИМЕНЕНИЯ РАЗЛИЧНЫХ ВИСКОЭЛАСТИКОВ В ХИРУРГИИ ГЛАУКОМЫ

Авторы

  • Оруджева Г.Ш.
  • Касимов Э.М.

Açar sözlər:

qlaukoma, viskoelastiklər

Xülasə

Məqsəd: Qlaukoma cərrahiyyəsində hialuron turşusunun əsasında olan viskoelastikin tətbiqinin effektivliyin
öyrənilməsidir.

Material və metodlar
15 xəstənin (15 göz) müalicənin nəticələri öyrənilmişdir. Bütün xəstələr maksimal
hipotenziv rejimdə olmuşdur. Xəstələr iki qrupa bölünmüşdür. 1-ci qrup - 7 pasiyent üzərində metilsellüloza əsasında
2%-li viskoelastikin istifadəsi ilə sinustrabekulektomiya aparılmışdır, 2-ci qrupda - 8 pasiyent üzərində hialuron
turşusu əsasında viskoelastikin istifadəsi ilə sinustrabekulektomiya aparılmışdır. Bütün xəstələrə əməliyyatdan
əvvəl və sonra standart müayinələr aparılmışdır: oftalmoskopiya, vizometriya, tonoqrafiya, perimetriya.

Nəticə
Buynuz qişanın protektorları preparatları müasir gözün mikrocərrahiyyəsində kataraktanın
ekstraksiyası, süni büllurun implantasiyası, dəlib-keçən keratoplastika zamanı geniş istifadə edilir. Hal-hazırda
müxtəlif xarakteristikalı çoxsaylı viskoelastiklər mövcuddur. Biz dəlib-keçən tipli antiqlaukomatoz əməliyyat
zamanı ön kameraya skleral parçanın altına yeritmək üçün viskoelastiki - hialuron turşusunun və xondroitin
sulfatın törəməsini - aşağıdakı səbəblərə görə seçmişik:
Funksional əməliyyatdan sonrakı fistulanın mövcudluğunda oftalmohipertenziyanın inkişaf riski olmadan
preparatın bir neçə gün ön kamerada qalmaq imkanı;
Viskoelastikin yüksək özlülük hesabına ön kamerada (3-4 gün) uzunmüddətli qalması preparatın təbii axın
yollarından və əməliyyatdan sonrakı fistuladan gec filtrasiyası ilə əlaqədardır. Əməliyyatdan sonrakı dövrdə
ön kameranın “dayazlaşması” hallarında özlülük xüsusiyyətləri və preparatın gec rezorbsiyası hesabına
buynuz qişanın endotelisinin müdafiəsi təmin olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

21.07.2011

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Оруджева Г.Ш. and Касимов Э.М. 2011. СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ЭФФЕКТИВНОСТИ ПРИМЕНЕНИЯ РАЗЛИЧНЫХ ВИСКОЭЛАСТИКОВ В ХИРУРГИИ ГЛАУКОМЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 6 (Jul. 2011), 89–93.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 > >>