ТРАВМА РОГОВИЦЫ, ОСЛОЖНЕННАЯ ДЛИТЕЛЬНЫМ ПРИМЕНЕНИЕМ АЛКАИНА
Açar sözlər:
buynuz qişanın zədələnməsi, fəsadları, AlkainXülasə
Məqsəd – buynuz qişanın travmatik zədələnmələri zamanı Alkain anestetikinin uzunmüddətli və nəzarətsiz istifadəsi ilə törədilmiş fəsadların öyrənilməsi və təhlilinin aparılması.
Material və metodlar
Stasionara qəbuldan əvvəl həkimin təyinatı olmadan Alkain istifadə edən və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin gözün zədəsi şöbəsində sonradan müalicə alan buynuz qişanın travmatik zədələnmələri ilə 18 pasiyent (21 göz). Onlardan 17 nəfər kişi, 1 nəfər qadın, yaş həddi – 35,5±3,2 il təşkil etmişdir. Stasionara qəbul müddəti 2 gündən 1 aya qədər olmuşdur. Şiddətli buynuz qişa ağrıları xəstəni tez-tez Alkainin istifadəsinə instillyasiyasına vadar etmişdir, bu da buynuz qişanın ağrı sindromunun qısamüddətli 15-20 dəqiqə vaxt intervalında kəsilməsinə imkan yaratmışdır. Tədqiqat zamanı ənənəvi oftalmoloji və laborator müayinə metodları tətbiq edilmişdir.
Nəticələr və onların müzakirəsi
Xəstələr instillyasiyaların tezliyini özləri müəyyən edərək, Alkaindən istifadə etmişlər. Belə ki, Alkain instillyasiyasının tezliyi 13 pasiyentdə orta hesabla gündə 10-15 dəfə təşkil etmişdir. Dörd halda anestetikin uzun müddət tətbiqi fonunda prosesin ağırlığı buynuz qişanın perforasiyası təhlükəsi ilə nəticələnmişdir, bu da buynuz qişanın bioloji örtüklə örtülməsinə şərait yaratmışdır. Məlumdur ki, Alkain göz damcılarının farmokoloji tərkibinə 0,5% proparakain hidroxlorid, konservant kimi 0,01%-li benzalkoniy xlorid daxildir. Patoloji proseslər etiopatogenetik əlamətə və kliniki təzahürünə görə bölünmüşdür:
• buynuz qişanın müxtəlif dərəcəli ağırlığı olan kimyəvi yanıqları fonunda – 6 hal;
• protozoy infeksiyanın (akantamyoba) qoşulması ilə – 1 hal;
• buynuz qişadan yad cısmin çıxarılmasından sonra – 4 hal;
• göbələk infeksiyasının (şüa göbələyi) qoşulması ilə – 1 hal;
• hepatit C fonunda qeyri steroid iltihab eləyhinə vasitələrin (Rodiclof) və Alkainin uzun müddət tətbiqindən sonra buynuz qişanın residivləşən eroziyası – 1 hal;
• elektrooftalmiyadan sonra – 4 hal, onlardan biri hər iki gözün ağır zədələnməsi ilə (toksiki keratouveit);
• kosmetik kontakt linza ilə buynuz qişanın zədələnməsi – 1 hal.
Dinamik müşahidələr göstərmişdir ki, iltihab prosesinin qarşısının alınması çox ləng baş verirdi. Alınan nəticələrin təhlili belə qərara gəlməyə imkan verir ki, buynuz qişanın sağalma prosesinin ləng getməsi bütün klinik meyarlara əsasən Alkain anestetikinin buynuz qişa strukturlarına toksiki təsiri ilə səciyyələnir və instillyasiyaların müddətindən və tezliyindən asılı olmasını göstərir.
Gözün zədəsi və Alkain anestetikinin təsirindən sonra buynuz qişanın xoralaşması bütün hallarda funksional nəticələrə təsir göstərərək optik, hərdən isə paraoptik zonanı əhatə edirdi. Alkainin ilk 5 gün ərzində istifadəsi hallarında, buynuz qişa prosesi yaxud yüngül för və ya zəif bulanma ilə başa çatıdığı zaman, əlverişli nəticələr əldə etmək mümkün olurdu.
Buynuz qişanın tam epitelizasiyasını əldə etmək üçün 4 halda müalicəvi yumşaq kontakt linzalar istifadə edilmişdir. Kompleks terapiya fonunda 4 halda aparılan buynuz qişanın bioloji örtüklə örtülməsi 1 halda buynuz qişanın şəfafaşması ilə görmə itiliyinin 0,7 qədər yüksəlməsinə, digər hallarda isə buynuz qişanın intensiv vaskulyarizasion bulanmasının formalaşmasına gətirib çıxarmışdı. Təsir mexanizminə görə proparakain hidroxlorid Na ionları üçün hüceyrə keçiriciliyini aşağı salır, bu da sinir ucları impuslarının generasiyasını və sinir lifərindən immun siqnalın ötürülməsini bloklayır. Uzun müddət tətbiqi prosesində yaraların daha ləng sağalması qeyd edilir. Alkainin uzun müddətli istifadəsi görmənin itirilməsi, eləcə də sistem toksiklik ilə müşayiət olunan buynuz qişanın dayanıqlı bulanmasını törədə bilər, bu da mərkəzi sinir sisteminin sonrakı təhrik edilməsi və əsarəti ilə özünü büruzə verir.
Yekun
Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə bir qərara gəlmək olar ki, Alkain anestetikinin buynuz qişanın zədələnmiş toxumalarına uzun müddətli toksiki təsiri nəticəsində proparakainin aktiv maddəsinin buynuz qişa stromasına gücləndirilmiş diffuziyası baş verir, bu da buynuz qişaya toksiki təsir göstərir və onun epitelizasiyasını ləngidir. Bu zaman buynuz qişa epitelinin baryer funksiyasının pozulması stromanın daha dərin qatlarına infeksiya mənbəyinin sürətlə nüfuz etməsinə şərait yaradır, bütün bunlar qeyd olunan patologiyanın kliniki təzahürləri ilə sübut edilir.