ОСЛОЖНЕНИЯ ИНТРАСТРОМАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ

Авторы

  • Мороз З.И.
  • Гурбанов Р.С.

Açar sözlər:

keratokonus, intrastromal keratoplastika, halqanın intrastromal seqmentləri

Xülasə

Məqsəd. Bu məqalədə PMMA və hidrogel əsasında hazırlanmış intrastromal seqmentlərin implantasiyasmın
fəsadları təqdim edilmişdir.

Material və metodlar
İşdə 98 pasiyentdə icra olunan 106 intrastromal keratoplastika əməliyyatının kliniki təhlili
aparılmışdır. Pasiyentlər iki qrupa bölünmüşdür. Birinci əsas qrupa hidrogel əsasında olan seqmentlər implantasiya
edilmiş 60 (56.6%) nəfər daxil edilmişdir. İkinci kontrol qrupa PMMA-dan olan seqmentlər implantasiya edilmiş
46 (43.4%) nəfər daxil edilmişdir. Bütün əməliyyat olunmuş xəstələrin əsas diaqnozu I-IV mərhələli keratokonus
olmuşdur. Biz tərəfdən 2 model seqment - hidrogel əsasında hazırlanmış (hündürlük 150-450 mkm, aralıq 50
mkm) və PMMA-dan hazırlanmış (hündürlük 150-350 mkm, aralıq 50 mkm) - istifadə edilmişdir.

Nəticələr və onların müzakirəsi
Seqmentin protrnziyası I qrupda 3 (2.8%) halda və II qrupda 4 (3.7%)
halda aşkar edilmişdir. Protruziyanm əmələ gəlmə vaxtı son əməliyyatdan sonrakı dövrə aiddir. Protruziya ilə
pasiyentlərə 350, 400 və 450 mkm hündürlükdə seqmentlər implantasiya edilmişdir.
Naməlum etiologiyalı keratit I qrupda 1 halda və 2 qrupda 2 halda erkən əməliyyatdan sonrakı dövrdə (2-3
ay) aşkar edilmişdir. Protruziya ilə bütün pasiyentlərdə seqmentler çıxarılmış, sonralar planlı şəkildə dəlib-keçən
keratoplastika aparılmışdır.

Yekun
İmplantların protrnziyası 7 halda aşkar edilmişdir, bu da 6.5% təşkil etmiş və çox vaxt PMMA-dan
hazırlanmış seqmnetlərinin implantasiyası zamanı təyin edilmişdir. Protruziyanm bütün hallarında seqmentlər 350,
400 n 450 mkm hündürlükdə olmuşdur. Həmçinin 400 mkm-dən az dərinlikdə olan implantasiya seqmentlərin
protruziyasmm səbəbi olmuşdur. Məlumatları ümumiləşdirərək belə nəticəyə gəlirik ki, IV mərhələli keratokonus
zamanı implantasiya zonasında buynuz qişanın qalınlığı 500 mkm az olduqda böyük hündürlükdə olan seqmentlərin
implantasiyası məqsədəuyğun deyil.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

01.02.2014

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Мороз З.И. and Гурбанов Р.С. 2014. ОСЛОЖНЕНИЯ ИНТРАСТРОМАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ. Azərbaycan Oftalmologiya Jurnalı. 14 (Feb. 2014), 84–90.