KERATOKONUSUN MÜALİCƏSİNDƏ CONTOURA VİSİON TOPO-GUİDED FOTOREFRAKTİV KERATOEKTAMİYANIN KROSSLİNKİNQ İLƏ BİRGƏ TƏTBİQİ

Авторы

  • Əliyeva S.Ş.

Açar sözlər:

keratokonus, buynuz qişa, topo-guided PRK, krosslinkinq

Xülasə

Məqsəd - Contoura Vision Topo-guided fotorefraktiv keratoektomiya - CVTG - PRK+CCL üsulunun keratokonusun müalicəsində qiymətləndirilməsi.

Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer lazer söbəsində müayinədən keçən, yaşları 18-26 yaş arası dəyişən, 20 xəstə (30 göz) müşahidəyə alınmışdır. Xəstələr iki grupa ayrılmışdır: 10 xəstə (15 göz) üzərində standart Wavefront Optimized (I qrup) üsulu ilə Standart PRK+CCL, 10 xəstə (15 göz) üzərində isə CVTG-PRK+CCL (II qrup), cərrahi əməliyyatları icra olunmuşdur. Bütün xəstələrə ənənəvi oftalmoloji müayinələrlə yanaşı buynuz qişanın vəziyyəti qiymətləndirilmişdir (WaveLight® ALLEGRO Oculyzer™ (ALCON, ABŞ) və WaveLight® ALLEGRO Topolyzer™ (ALCON, ABŞ)). Bütün xəstələr əməliyyatdan 1 və 6 ay sonra tədqiq edilmişdir. Xəstələrin əməliyyatdan öncə və sonra görmə itiliyi, rəng duyğusu və stereopsis görməsi də qiymətləndirilmişdir.

Nəticə
Müşahidəyə alınan CVTG-PRK+CCL cərrahi əməliyyatlı icra olunan xəstələrin 80%-də əməliyyatdan sonra görmə itiliyi 20/40 göstərmişdir. Standart PRK+CCL cərrahi əməliyyatından sonra bu göstərici 50% təşkil etmişdir. I qrup pasiyentlərdə əməliyatdan sonra orta astiqmatizm 3.14±1.56D-dan 2.51±1.75D-a, II qrupda isə – 3.14±1.56D-dan 2.10±1.67D-ya endirilmişdir. I qrupda orta sferik ekvivalent -2.51±3.48D-dan -1.25±2.75D-ya, II qrupda isə – 2.51±3.48D-dan -0.65±2.08D-yə qədər yaxşılaşdırılmışdır. Rəng duyğusu və stereopsis görmənin üstünlüyü də qruplar arasında fərqli olmuşdur: I qrupda 60% pasiyentlərdə, II qrupda isə 75%-də yaxşılaıma ilə ozünü büruzə vermişdir. Bu üsuldan sonra xəstələrin ışığa həssaslığı, gecə görmənin pisləşməsi hissiyyatı və parıltılı görmə, halo efekti kimi çətinlikləri də azalmışdır.

Yekun
Alınan nəticələr CVTG-PRK+CCL cərrahi əməliyyatının keratokonuslu gözlər üçün efektiv və təhlükəsiz olduğunu göstərdi. Bu müalicə üsulu görmə qabiliyyəti az olan kontakt linza istifadə edə bilməyən keratokonus xəstələri üçün ən alternativ yoldur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.05.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR