ANADANGƏLMƏ HİDROSEFALİYAYA BAĞLI GÖRMƏ SİNİRİNİN HİSSƏVİ ATROFİYASI (KLİNİKİ HAL)

Authors

  • Ağayeva P.Z.

DOI:

https://doi.org/10.30546/2709-4634.2023.47.021.

Keywords:

anadangəlmə hidrosefaliya, görmə sinirinin atrofiyası, neyrooftalmologiya

Abstract

Məqalədə anadangəlmə hidrosefaliyaya görə şunt cərrahiyyəsi aparılmış pasiyent 9 yaşlı H.Ə. uşağın görmə sinirində baş vermiş dəyişikliklər ilə bağlı klinik hal təsvir olunmuşdur. Hidrosefaliya, beyin onurğa beyin mayesi yollarının obstruksiyası, bu mayenin kəllə daxilində yığılması, beyin mədəciklərinin genişlənməsi və bütün bunların nəticəsində kəllədaxili təzyiqin artması ilə xarakterizə olunan xəstəlikdir. Beynin 3-cü mədəciyi ilə görmə siniri, görmə çarpazı və kavernoz sinus arasındakı yaxın əlaqəyə görə onun genişlənməsi müxtəlif neyrooftalmoloji xəstəliklərə səbəb olur.

Xəstədə ilkin müayinə zamanı görmə itiliyinin azalması, daxili çəplik, sol gözdə daha çox olmaqla görmə siniri diskinin hissəvi solğunluğu müşahidə olunub. Bu xəstəliyin nevroloji ağırlaşmalarının müxtəlif xarakterli olduğunu nəzərə alsaq, xəstə oftalmoloqun, nevroloqun, neyrocərrahın kompleks müşahidəsi altında qalmalıdır

Downloads

Download data is not yet available.

Published

2024-02-06

Issue

Section

CLINICAL CASES

How to Cite

[1]
Ağayeva P.Z. 2024. ANADANGƏLMƏ HİDROSEFALİYAYA BAĞLI GÖRMƏ SİNİRİNİN HİSSƏVİ ATROFİYASI (KLİNİKİ HAL). The Azerbaijan Journal of Ophthalmology. 47 (Feb. 2024), 63–69. DOI:https://doi.org/10.30546/2709-4634.2023.47.021..
Article Footer

Similar Articles

1-10 of 256

You may also start an advanced similarity search for this article.