OPTİKONEVROMİELİT - DEVİK XƏSTƏLİYİ (KLİNİK HAL)
Açar sözlər:
Devik xəstəliyi, optik nevrit, mielit, görmə siniriXülasə
Optikonevromielit və ya Devik xəstəliyi kimi tanınan bu xəstəlik daha çox gənc yaşlarda müşahidə olunur. Xəstəlik zamanı optik sinirin iltihabı (optik nevrit) və onurğa beyninin iltihabı (mielit) üstünlük təşkil edir. Etiologiyası məlum deyil, bəzən infeksion xəstəliklərdən sonra yaranmasına rast gəlinir. Onurğa beyni və görmə sinirinin eyni vaxtda və ya fərqli zamanlarda zədələnməsi ilə xarakterizə olunan bu xəstəlik zamanı görmə sinirinin birtərəfi və ya ikitərəfi zədələnməsi müşahidə olunur. Ağır gedişatlı bu xəstəlikdə görmə siniri lifərində zədələnmə çox olduğu üçün görmə funksiyalarında geri dönməyən dəyişikliklər olur. Optikonevromielit bir və ya hər iki gözdə görmənin itməsinə eyni zamanda yuxarı və aşağı ətrafarda ificə səbəb ola bilər.
Məqalədə 29 yaşlı xanım pasiyentdə 2010-cu ildən başlayaraq müxtəlif remissiyalarla gedən optikonevromielit zamanı görmə funksiyalarında gedən dəyişikliklər ilə klinik hal təsvir edilmişdir. Xəstədə ilkin oftalmoloji müayinə zamanı sağ gözdə görmə sinirinin hissəvi atrofyası,sol gözdə isə görmə sinirinin tam atrofyası müşahidə olunub.Xəstəliyin ağırlığını nəzərə alaraq pasiyent daimi müşahidə altında qalmalıdır.