OPTİK NEYROPATIYALARIN DİAQNOSTİKASINDA OPTİK KOHERENT TOMOQRAFİYA MÜAYİNƏSİNİN ƏHƏMİYYƏTİ
Açar sözlər:
optik neyropatiya, görmə siniri, görmə yolları, OKT, RNFLXülasə
Məqsəd - müxtəlif mənşəli optik neyropatiyalarda OKT müayinəsinin diaqnostik əhəmiyyətini qiymətləndirmək.
Material və metodlar
Tədqiqatın əsas qrupuna yaşları 17-33 (19,75±2,5) arası dəyişən, görmə sinirinin atrofiyası ilə 38
pasiyent (60 göz) daxil olunmuşdur. Müqayisəli təhlil məqsədilə patologiyası olmayan 20 gənc (40 göz)
kontrol qrupunu təşkil etmişdir. Bütün gənclər ümumi oftalmoloji müayinə ilə yanaşı OKT müayinəyə
cəlb edilmişdir. OKT müayinə əsasında görmə siniri başı və tor qişa sinir lifləri qatının analiz parametrləri
tor qişa sinir lifləri qalınlığının orta kəmiyyət parametrləri, tor qişa sinir lifləri qalınlığının yuxarı, aşağı,
nazal və temporal kvadrantlar üzrə kəmiyyyət göstəriciləri, qanqlion hüceyrə qatının analiz parametrləri
qanqlion hüceyrə qatı + daxili pleksiform lay qalınlığını göstərən kəmiyyət göstəriciləri, makulyar
zonada tor qişa qalınlığının analiz parametrləri tədqiq edilmişdir.
Nəticə
OKT parametrlərinin müqayisəli təhlilinə əsasən tor qişanın sinir lifləri qatı və qanqlion hüceyrə
qatı ilə daxili pleksiform layı arasındakı qalınlıq göstəriciləri, eləcədə tor qişanın mərkəzi qalınlığının
orta həcm göstəriciləri normal qrupdan kəskin fərqlənmişdir (p <0,001). Tor qişa sinir lifləri qalınlığının
kvadratlar üzrə kəmiyyət göstəricisinin aşağı dəyərləri temporal və nazalda müşahidə olunsada kontrol
qrupla müqayisədə yuxarı, nazal və aşağı kvadratlarda statistik olaraq daha əhəmiyətli fərqlənmişdir. Tor
qişanın mərkəzi qalınlığı qruplar arasında statistik fərqlənməsədə, həcm göstəiciləri kəskin fərqlənmişdir
(p <0,001).
Yekun
OKT müayinəsi görmə siniri və afferent görmə yollarının patologiyasında mühüm əhəmiyyətli
diaqnostik vasitə rolunu oynamaqla bilavasitə sinir lifləri və qanqlion heceyrə qatının kəmiyyət
göstəricilərini təhlil etməyə imkan verir. Bu isə öz növbəsində gözün funksionl qabiliyyətini
qiymətləndirməkdə və eləcədə bir sıra neyrooftalmoloji xəstəliklərin dinamika və müalicəsi baxımından
OKT müayinənin əvəzsiz rolunu göstərməkdədir.