СТРУКТУРА И ПРИЧИНЫ НЕУДОВЛЕТВОРИТЕЛЬНЫХ РЕЗУЛЬТАТОВ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ

Авторы

  • Чернышева С.Г.
  • Самедова Д.Х.

Açar sözlər:

müştərək çəpgözlük, çəpgözlüyün cərrahi müalicəsi, ikincili ekzotropiya

Xülasə

Məqalədə müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələri müzakirə olunur, bu
zaman təkrar cərrahi müdaxilələrin tezliyi müxtəlif mənbələrə görə yüksək olub, 5-52% təşkil edir.

İşin məqsədi. Müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələrinin strukturunu və səbəblərini
öyrənmək.

Material və metodlar
Tədqiqata 98 xəstə daxil olunub, ortayaş göstəricisi 12±0,7 yaş təşkil edir.
Ənənəvi oftalmoloji müayinələrdən əlavə gözü hərəkətə gətirən aparatın xüsusi müayinə üsulları tətbiq edilib:
Girşberq üzrə çəpgözlük bucağının, göz almasının 8 baxış vəziyyətlərində hərəkətinin, sinoptiskopda fuzion
qabiliyyətin təyini, konvergensiyanın, görmə xarakterinin tədqiqi, göz yarıqları eninin ölçülməsi, Bilşevskinin
başın aşağa vəziyyəti ilə testi, Xelvestonun ikimərhələli testi, Xaab üzrə ikiləşən təsvirin tədqiqi. Kompüter tomoqrafiyası metodu ilə ekstraokulyar əzələlərin (EOƏ) vizualizasiyası Siemens Somatom Esprit tomoqrafmda
aksial və frontal proyeksiyalarda yerinə yetirilib.İntraoperasion EOƏ-in vizualizasiyası və traksion test aparılıb.

Nəticə və onların müzakirəsi
Tədqiqatlar göstərmişdir ki, müştərək çəpgözlüyün cərrahi müalicəsinin ən
tez-tez kifayətləndirməyən nəticəsi əməliyyatın hipereffektidir - ikincili ekzotropiyanm inkişafı (84,7% xəstədə),
hansı ki 57,8% hallarda qeyri-müştərək çəpgözlük xarakter daşıyır, bu da daxili düz əzələnin (DDƏ) funksiyasının
pozulması ilə büruzə verilir - adduksiyanm məhdudlaşması, konvergensiya zəifliyi, 46,9% hallarda binokulyar
diplopiya ilə, 54,2% hallarda - astenopik şikayyətlərlə müşayiət edilir. Müştərək çəpgözlüyün cərrahi müalicəsinin
digər qənaətbəxş olmayan nəticələri belə bir tezliklə rast gəlinir: vertikal deviasiya - 34,7% xəstədə; göz yarıqları
eninin assimetriyası - 29,6% xəstədə (göz yarığının genəlməsi - 26-da, daralması - 3-də); liqatur qranulyomalar -
18,4% xəstədə; konyunktivanm aypara şəkilli büküşünün tikilməsi -10,2% pasiyentlərdə; əməliyyatdan sonrakı çapıq
nahiyyəsində konyunktival kistalar - 7,1% xəstədə; ezotropiya residivi - 7,1% pasiyentlərdə; skleranm ektaziyası -
4,1% xəstədə; müştərək daxili çəpgözlüyün cərrahi müalicəsindən sonra görmə itiliyinin kəskin enməsi - 1 uşaqda;
müştərək xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra ikincili ezotropiya - 1 uşaqda. Tədqiqat gedişində ikincili
ekzotropiyanm inkişaf səbəbləri təyin edilmişdir: əməliyyatdan sonrakı erkən dövrdə (0,5 ilə qədər) - birmomentli
ikitərəfli resessiya və ya tenoskleroplastika, tenotomiya, 5 mm artıq birtərəfli resessiya zamanı DDƏ -in həddindən
artıq zəiflətməsi; əməliyyatdan sonrakı uzaq dövrdə - uşaq və yeniyetmələrdə refraksiyanm gücləndirilməsi, 2,0
dptr. artıq anizometriya, qeyri-rasional optik korreksiya, bifoveal birləşməyə olan qabiliyyətinin yoxluğu. Aşkar
edilmişdir ki, ikincili ekzotropiyanm inkişaf tezliyi xəstələrin ümumi sayından əməliyyatdan sonrakı erkən dövrdə
(0,5 ilə qədər) - 52,7%, 0,5 ildən 5 ilə qədər dövrdə - 34,5%, 5 ildən artıq - 12,8% təşkil edir.
Müştərək çəpgözlüyün cərrahi müalicəsinin qənaətbəxş olmayan nəticələrinin digər inkişaf səbəbləri təyin
olunmuşdur. 8 xəstədə ikincili ekzotropiya şaquli çəpgözlüklə birgə olmuşdur, hansı ki, daxili çəpgözlük
əməliyyatından sonra inkişaf edib. Bu xəstələrdə DDƏ-in intraoperasion vizualizasiyası gedişində onun skleraya
çəp bitişdirilməsi, əzələnin şaquli yerdəyişməsi qeyd edilmişdir, bu da ikincili şaquli deviasiyanm inkişafına səbəb
olmuşdur. 26 xəstədə göz yanğının genəlməsi, DDƏ-in 5 mmartıqbirtərəfliresessiyasıvəyatenotomiyasınəticəsində
həddindən artıq zəiflətməsi ilə əlaqədar olmuşdur. 3 xəstədə göz yarığının daralması xarici düz əzələnin 9 min-
dən artıq rezeksiyasmdan sonra müşahidə edilmişdir. 18 xəstədə liqatur qranulyomalar əriməyən tikiş materialının
istifadəsinə görə inkişaf etmişdir. 10 pasiyentdə aypara şəkilli büküşün tikilməsi, 7 xəstədə konyunktiva kistalarmm
inkişaf səbəbi cərrahi müdaxilə texnikasının pozulması olmuşdur. Orta dərəcəli hipermetropiya ilə 7 xəstədə
ezotropiya residivinin səbəbi əməliyyatdan sonra eynəkdən istifadənin imtinası olmuşdur, bu da akkomodasiya
və konvergensiya stimulunun güclənməsinə gətirmişdir. 4 xəstədə skleranm ektaziyası daxili çəpgözlüyün
tenoskleroplastika metodu ilə cərrahi korreksiyasmdan sonra yaranmışdır. 1 uşaqda əməliyyat olunmuş gözün
kəskin görmə itiliyinin enməsi görmə sinirinin atrofiyası nəticəsində baş vermişdir, ehtimal ki, DDƏ nahiyəsində
kobud manipulyasiyalara görə onun zədələnməsinə görə. 1 xəstədə ikincili ezotropiyanm inkişaf səbəbi xarici
çəpgözlüyün cərrahi müalicəsi gedişində xarici düz əzələnin tam tenotomiyası olmuşduşdur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.04.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Чернышева С.Г. and Самедова Д.Х. 2013. СТРУКТУРА И ПРИЧИНЫ НЕУДОВЛЕТВОРИТЕЛЬНЫХ РЕЗУЛЬТАТОВ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ. Azərbaycan Oftalmologiya Jurnalı. 11 (Apr. 2013), 158–164.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri