СИНДРОМ ПСЕВДО-ПСЕВДО-ФОСТЕР-КЕННЕДИ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Açar sözlər:
psevdo-Foster-Kennedi sindromu, görmə siniri başının atrofiyası, meningioma, ön işemik optikopatiyaXülasə
Klassik Foster-Kennedi sindromu beynin alın payındakı meningioma ilə əlaqədar olaraq, həmin tərəfdə gözdə görmə siniri diskinin atrofiyası, digər gözdə durğunluq diski əlaməti ilə müşahidə olunur.Təqdim olunmuş kliniki halda isə 78 yaşlı qadında beynin sol alın payının meningioması, sol tərəfli görmə siniri başcığının atrofiyası, sag tərəfli görmə siniri başcığının ön işemik optikopatiyası ilə təzahür olunmuşdur. Aparılmış ümumi oftalmoloji müayinələrlə yanaşı, kranioserebral MRT, transkranial doppleroqrafiya, VEP, nevroloji müayinələr və dərin ədəbiyyat araşdırılmalar nəticəsində xəstəyə “Psevdo-psevdo-Foster-Kennedi” sindromu diaqnozu qoyulmuşdur. Hansıki, bu klassik Foster- Kennedi sindromundan anamnezində beynin alın payının meningioması fonunda, şiş tərəfdə görmə siniri başcığının atrofiyası, əks tərəfdə isə ön işemik optikopatiyanın olması ilə fərqlənir.