ОТЕК ДИСКА ЗРИТЕЛЬНОГО НЕРВА НА ФОНЕ РЕТИНАЛЬНОЙ ВЕНОЗНОЙ ОККЛЮЗИИ

Авторы

  • Нуриева Н.М.
  • Будзинская М.В.
  • Шеланкова А.В.

Açar sözlər:

retinal venoz okklyuziya, tor qişanın mərkəzi venasının okklyuziyası, görmə siniri diski

Xülasə

Məqsəd - tor qişanın mərkəzi venasının və ya onun şaxələrinin okklyuziyası zamanı makula və görmə siniri diskinin ödemi ilə pasiyentlərin müalicə nəticəlrinin öyrənilməsi.

Material və metodlar
Tədqiqata retinal venoz okklyuziyalar ilə 127 pasiyent (127) göz daxil edilmişdir. Onlarda 60 nəfər – kişi, 67 nəfər – qadın təşkil etmişdir. Pasiyentlərin haş həddi 50-80 arasında olmuşdur (orta yaş həddi – 73,35 ± 7,6). Bütün pasiyentlərə standart oftalmoloji müayinə aparılmışdır. Retinal venaların okklyuziyası ilə pasiyentlərə göz dibinin füoressent angioqrafyası, optik koherent tomoqrafya aparılmışdır. Alınan nəticələrin riyazi və statistik analizi SPSS 19.0 proqramının standart paketlərinin istifadəsi ilə aparılmışdır.

Nəticə
Müxtəlif tipli retinal venoz okklyuziya ilə 127 pasiyent müalicə almış, onlardan 55-də görmə siniri diskinin ödemi qeyd edilmişdir: tor qişanın mərkəzi venasının okklyuziyası ilə - 43 (72,8%), şaxələrin okklyuziyası ilə - 12 (121,8%), işemik tipli okklyuziya ilə - 18 (32,7%), qeyri-işemik okklyuziya ilə - 36 (65,5%), görmə siniri diskinin 10 az, lakin 5 çox diametrinin işemiyası ilə - 1 nəfər. Beləliklə, görmə siniri diskinin ödemi daha tez işemik tipli okklyuziya zamanı rast gəlinirdi. Retinal venoz okklyuziyanın inkişafı endotelin-1 yüksəlmiş zərdab tərkibinin fonunda baş verir. Vazokonstriktor komponent və damar keçiriciliyinin artması ifadə edilmiş görmə siniri diskinin ödeminə səbəb olur, bu da görmə sinirinin atrofyasına və görmə funksiyalarının geridönməz enməsinə gətirib çıxara bilər. Retinal venoz okklyuziya və makulyar ödem olan bütün pasiyentlərə VEGF və steroidlərdən ibarət intravitreal preparatların yeridilməsi ilə müalicə aparılmışdır.

Yekun
Retinal venoz okklyuziyalar fonunda görmə siniri diskinin ödemi olan pasiyentlərdə ranibizumabın intravitreal yeridilməsi effektiv müalicə metodudur. Görmə siniri diski ödeminin endotelin-1-in yüksəlməsi kimi risk faktorlarının vaxtında aşkarlanması xəstənin aparılmasının düzgün alqoritmini təmin etməyə imkan yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

11.10.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Нуриева Н.М. et al. 2017. ОТЕК ДИСКА ЗРИТЕЛЬНОГО НЕРВА НА ФОНЕ РЕТИНАЛЬНОЙ ВЕНОЗНОЙ ОККЛЮЗИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 25 (Oct. 2017), 87–93.