ИНТРАВИТРЕАЛЬНОЕ ВВЕДЕНИЕ ДИПРОСПАНА ПРИ ЛЕЧЕНИИ ОТЕЧНО-ГЕМОРРАГИЧЕСКИХ ФОРМ ДИБЕТИЧЕСКИХ РЕТИНОПАТИЙ

Authors

  • Керимова Н.К.
  • Керимова А.А.
  • Керимов К.Т.

Keywords:

diprospan, makula, retinopatiya

Abstract

Məqsəd - diabetik makulyar ödemin müalicəsində diprospanın intravitreal yeridilməsinin effektivliyinin
öyrənilməsi.

Material və metodlar
Müxtəlif dərəcədə makular ödemi olan diabetik retinopatiyalı 56 xəstənin 56 gözündə müalicə məqsədi ilə
diprospanın intravitreal yeridilməsinin effektivliyi araşdırılmışdır. Kontrol qrupda 58 xəstənin 58 gözündə
makulyar ödemin aradan qaldırılması lazer koaqulyasiya vasitəsilə aparılmışdır.

Nəticə
Nəticələrin təhlili göstərmişdir ki, əsas qrupda diprospanın intravitreal yeridilməsi sayəsində 29 pasiyentdə
(29 göz, 51,6%) makulyar ödemin yox olmasına gətirib çıxartmışdır. Bu I-II və qismən III dərəcəli makulyar
ödemi olan pasiyyentlərə aiddir. Belə ki, 8 pasiyentdə (14%) makulyar ödem I dərəcəli, 19 pasiyentdə (34%) II
dərəcəli makulyar ödemə qədər enmişdir. Fazerkoaqulyasiya nəticəsində I və II dərəcəli makulyar ödemi olan 20
pasiyentdə (34,6%) makulyar ödem kənar edilmişdir; 38 pasiyentdə (65,4%) makulyar ödem qalmışdır.

Yekun
Diabetik makulyar ödemli pasiyentlərdə diprospanın intravitreal yeridilməsi yüksək anatomik və funksional
nəticələrin alınmasına səbəb olur. Əldə edilmiş ədəbiyyat məlumatlarının müqayisəli analizi göstərir ki, makulyar
zonada qişanın qalınlığının azalması və maksimal funksional nətəcələri əldə etmək üçün diprospanın intravitreal
yeridilməsi daha effektivdir.

Downloads

Download data is not yet available.

Published

2018-08-04

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Керимова Н.К. et al. 2018. ИНТРАВИТРЕАЛЬНОЕ ВВЕДЕНИЕ ДИПРОСПАНА ПРИ ЛЕЧЕНИИ ОТЕЧНО-ГЕМОРРАГИЧЕСКИХ ФОРМ ДИБЕТИЧЕСКИХ РЕТИНОПАТИЙ. The Azerbaijan Journal of Ophthalmology. 27 (Aug. 2018), 85–89.
Article Footer

Similar Articles

1-10 of 73

You may also start an advanced similarity search for this article.