ТОЛЩИНА СЕТЧАТОЙ ОБОЛОЧКИ ОБЛАСТИ МАКУЛЫ И ЗНАЧЕНИЕ ФОВЕОЛЯРНО-ЦЕНТРАЛЬНОГО КОЭФФИЦИЕНТА У НЕДОНОШЕННЫХ И ДОНОШЕННЫХ ДЕТЕЙ В ВОЗРАСТЕ 4-6 ЛЕТ ПО ДАННЫМ СПЕКТРАЛЬНОЙ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ
Açar sözlər:
vaxtından əvvəl doğulmuşların retinopatiyası, spektral optik koherent tomoqrafiyaXülasə
Məqsəd - spektral optik koherent tomoqrafiyanın məlumatlarına görə vaxtından əvvəl doğulmuş və vaxtında doğulmuş 4-6 yaşlı uşaqlarda makula nahiyəsində tor qişa qalınlığı və foveolyar-mərkəzi əmsalın göstəricilərini müqayisə etmək.
Material və metodlar
2011-2017-ci illər ərzində müşahidə altında 24 vaxtından əvvəl doğulmuş (48 göz) və 4-6 yaşında 38 sağlam
vaxtında doğulmuş (69 göz) uşaq olmuşdur. Tədqiqat qrupuna vaxtından əvvəl doğulmuş uşaqların daxilolma
meyarları 35 həftədən az gestasiya dövrü və/ və ya doğulan zaman 2500 qrammdan az çəkisi olmuşdur. Skrininq
zamanı müəyyən edilmiş ağır dərəcəli vaxtından əvvəl doğulmuşların retinoptiyası (VƏDR) ilə (1 tip skrininq
VƏDR, hüdudi VƏDR), 4-cü və ya 5-ci mərhələ ilə VƏDR və digər patologiya ilə (katarakta, qlaukoma, travma,
anamnezdə cərrahi müalicə) ilə pasiyentlər daxil edilməmişdir. Tədqiqat qrupları (24 VƏDR ilə uşaqlar - 48 göz
və həmin yaşda sağlam 38 vaxtında doğulmuş uşaqlar - 69 göz) arasında müqayisəli təhlil aparılmışdır. Vaxtında
doğulmuş uşaqların seçim meyarı oftalmopatologiyanın qeyri-mövcudluğu olmuşdur.
Nəticə
Öz-özünə reqressiya edən 1-2 dərəcəli VƏDR ilə uşaqlarda xarici temporal seqmentdə tor qişanın makula
nahiyəsinin qalınlığı 287 (277,75 - 294) mkm, vaxtında doğulmuş uşaqlar qrupunda - 289,5 (284 - 294) mkm;
öz-özünə reqressiya edən 1-2 dərəcəli VƏDR ilə uşaqlarda xarici yuxarı seqmentdə - 298 (291 - 306) mkm;
öz-özünə reqressiya edən 1-2 dərəcəli VƏDR ilə uşaqlarda xarici nazal seqmentdə - 313,5 (305,5 - 321) mkm,
vaxtında doğulmuş uşaqlar qrupunda - 314,5 (309-323) mkm təşkil etmişdir. Kontrol qrupda foveolyar-mərkəzi
(FM) əmsal orta hesabla 0,84 (±0,08) təşkil etmişdir. Şərti sağlam uşaqlar qrupu ilə müqayisədə retinopatiyası
olmayan vaxtından əvvəl doğulmuş pasiyentlərdə FM əmsalın 0,1 və daha çox artması 2 pasiyentdə (4 göz)
müşahidə edilmişdir. 1-2 dərəcəli VƏDR ilə uşaqlarda FM əmsalın artması 3 pasiyentdə (6 göz) müşahidə
edilmişdir (p<0,05).
Yekun
Öz-özünə reqressiya edən VƏDR ilə 4-6 yaşında uşaqlarda spektral optik koherent tomoqrafiya məlumatlarına
görə makula nahiyəsinin xarici temporal, yuxarı və nazal kvadrantlarda tor qişanın orta qalınlığı həmin yaşda
vaxtında doğulmuş uşaqlar ilə müqayisədə dürüst artmışdır. Vaxtında doğulmuş uşaqlar ilə müqayisədə
retinopatiyası olmayan vaxtından əvvəl doğulmuş 4-6 yaşlı uşaqlarda və 1-2-ci mərhələdə VƏDR ilə uşaqlarda
foveolyar mərkəzi əmsal > 0,85 müvafiq olaraq 16,7% və 25% hallarda qeyd edilmişdir.