АНАЛИЗ РЕЗУЛЬТАТОВ МУЛЬТИФОКАЛЬНОЙ ЭЛЕКТРОРЕТИНОГРАФИИ И ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ И ИХ КОРРЕЛЯЦИЯ У ПАЦИЕНТОВ С ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИЕЙ ОСЛОЖНЕННОЙ МАКУЛЯРНЫМ ТРАКЦИОННЫМ СИНДРОМОМ

Авторы

  • Керимов М.И.
  • Шахбазова Н.А.
  • Исмаилова У.С.

Açar sözlər:

diabetik retinopatiya, multifokal elektroretinoqrafya, vitrektomiya

Xülasə

Proliferativ diabetik retinopatiya (PDR) ilə pasiyentlərdə görmənin itməsinin daha tez rast gəlinən səbəblərdən biri tor qişanın traksion qopması, hemoftalm, qüzehli qişanın rubeozu ilə və neovaskulyar qlaukomanın inkişafı ilə fəsadlaşmış ifadə olunmuş fbrovaskulyar proliferasiyadır.

Məqsəd – tor qişanın traksion qopması ilə fəsadlaşmış proliferativ diabetik retinopatiya ilə xəstələrdə tor qişanın mərkəzi zonasında optik koherent tomoqrafyanın (OKT) məlumatlarının morfoloji dəyişikliklərinin multifokal elektroretinoqrafyanın (mf-ERQ) funksional göstəriciləri ilə qarşılıqlı əlaqəsini öyrənmək və onların korrelyasiyasını müəyyən etmək.

Material və metodlar
İnsulinasılı 2-ci tip şəkərli diabeti olan proliferativ diabetik retinopatiyadan əziyyət çəkən 41-70 yaş arası 10 pasiyent (10 göz) müayinə edilib, onlardan 5-ni qadın (50%) və 5-ni kişi (50%) təşkil etmişdir. Görmə itiliyi 0,01-dan 0,1 qədər tərəddüd etmişdir. Göz dibinin oftalmoskopiyası zamanı bütün pasiyentlərdə tor qişanın traksion qopması aşkar olunmuşdur. Bütün pasiyentlərə ənənəvi müayinə metodları ilə yanaşı əlavə müayinələr aparılmışdır: OKT (Carl Zeiss Meditec, USA, CA) və multifokal elektroretinoqrafya (Retiscan, Roland Consult, Almaniya).

Nəticə
Əldə edilmiş nəticələrin təhlili tor qişanın traksion qopması ilə xəstələrdə foveada tor qişanın qalınlığının göstəriciləri və həmin zonada mf-ERQ amplitudasının göstəriciləri arasında müəyyən asılılığın mövcud olmasını təsdiq edir. ERQ amplitudasının tor qişanın qopmasının yayılma dərəcəsindən asılılığı var – qopma sahəsi nə qədər geniş olarsa, b-dalğasının amplitudası bir o qədər aşağı olar. Tor qişanın total qopması zamanı ERQ bir qayda olaraq qeydə alınmır. MF-ERQ məlumatlarına əsasən tor qişanın mərkəzi zonasında morfoloji dəyişikliklər və funksional  göstəricilər arasında mənf korrelyasiya qeyd olunmuşdur (korrelyasiya koeffsiyenti R = -0,44).

Yekun
Alınan nəticələr əsasında belə bir mülahizə sürmək olar ki, PDR zamanı OKT-ya görə tor qişanın qalınlığının artması baş verir, bu da mf-ERQ amplitudasının depressiyası ilə müşayiət edilir. Foveal zonanın morfoloji parametrləri və onun bioelektrik aktivliyi arasında qanunauyğunluq qeyd olunmuşdur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.11.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Керимов М.И. et al. 2015. АНАЛИЗ РЕЗУЛЬТАТОВ МУЛЬТИФОКАЛЬНОЙ ЭЛЕКТРОРЕТИНОГРАФИИ И ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ И ИХ КОРРЕЛЯЦИЯ У ПАЦИЕНТОВ С ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИЕЙ ОСЛОЖНЕННОЙ МАКУЛЯРНЫМ ТРАКЦИОННЫМ СИНДРОМОМ. Azərbaycan Oftalmologiya Jurnalı. 19 (Nov. 2015), 70–76.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>