РАСПРОСТРАНЕННОСТЬ И СТАДИИ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ У ЛИЦ С САХАРНЫМ ДИАБЕТОМ ПРИ ПЕРВИЧНОМ ОБРАЩЕНИИ
Açar sözlər:
diabetik retinopatiya, diabetik retinopatiyamn yayılması və stadiyaları, birinci dəfə müraciət edən şəxslərdə diabetik retinopatiyaXülasə
İşin məqsədi. Azərbaycan Respublikasında şəkərli diabetin göz fəsadları şöbəsinə birinci dəfə müraciət edən 1 və 2 tipli şəkərli diabeti olan şəxslərdə diabetik retinopatiyamn yayılması və mərhələlərinin tədqiqi.
Material və metodlar
Akademik Zərifə Əliyeva adma Milli Oftalmalogiya Mərkəzinin göz fəsadları şöbəsində
2011-ci ildə müayinədən keçmiş diabetik retinopatiyalı xəstələrin tibbi kartları analiz olunmuşdur.
Nəticə və müzakirə
Xəstəliyin müxtəlif mərhələlərində olan diabetik retinopatiya diaqnozlu 717 xəstənin
(1434 göz) müayinəsinin nəticələri analiz olunmuşdur. Diabetik retinopatiyamn qeyri proliferativ mərhələsi 767
gözdə (53,49%), diabetik retinopatiyamn proliferativ mərhələsi isə 667 gözdə (46,51%) müşahidə olunmuşdur.
Makulyar ödem 526 gözdə (36,68%), şüşəvari cismə qansızma - 130 gözdə (9,07%) qeyd olunmuşdur, torlu
qişanın traksion qopması isə 67 gözdə (4,67%) aşkar olunmuşdur.
Görməyə görə şikəstliyin azaldılması məqsədilə və diabet xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün
diabetik retinopatiyamn baxılan regionda yayılması və ağırlıq dərəcəsi haqqında informasiyanın olması zəruridir.
46,51% hallarda birinci dəfə müraciət edən xəstələrdə ilkin müayinə zamanı proliferativ diabetik retinopatiya
aşkar olunur ki, bu da xəstələrin gecikmiş müraciətindən xəbər verir.
Yekun
Daha detal tədqiqatlar və sübuta yetirilmiş meyarların (evidence- based screening criteria) tətbiqi ilə
ümumdövlət skrininq sisteminin yaradılması diabetik retinopatiyalı pasientlərin görmə pozğunluğu və korluğunu
əhəmiyyətli dərəcədə azalda bilər.