ВЛИЯНИЕ АНТИАНГИОГЕННОЙ ТЕРАПИИ НА МОРФОЛОГИЧЕСКИЕ И ФУНКЦИОНАЛЬНЫЕ ПАРАМЕТРЫ ГЛАЗА ПРИ РАЗЛИЧНЫХ СТАДИЯХ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ 2-ГО ТИПА

Авторы

  • Касимов Э.М.
  • Казымова Б.Х.
  • Шахмалиева А.

Açar sözlər:

Lutsentis, proliferativ va qeyri-proliferativ diabetikretinopatiya

Xülasə

Tədqiqatın məqsədi. 2-ci tip şəkərli diabet xəstələrində diabetik retinopatiyanin müxtəlif mərhələlərində
gözün topo-morfoloji və funksional parametrlərinə Lutsentisin intravitreal yeridilməsinin təsirinin öyrənilməsidir.

Material və metodlar
Təqdqiqata 2-ci tip ŞD fonunda diabetik retinopatiya ilə 34 xəstə (34 göz) daxil
olmuşdur. Xəstələr iki qrupa bölünmüşdür: əsas və kontrol. Əsas qrupa 19 nəfər, onlardan 10-u proliferativ
diabetik retinopatiya, 9-u isə qeyri-proliferativ diabetik retinopatiya ilə xəstə daxil olmuşdur. Əsas qrupun bütün
pasiyentlərinə Lutsentis preparatı ilə intravitreal inyeksiya aparılmışdır. Əsas qrupun pasiyentlərinin orta yaş
həddi 56±1,3 təşkil etmişdir. Cinsi əlamət üzrə bölünmə aşağıdakı kimi aparılmışdır: 8 nəfər qadın və 11 nəfər
kişi. Kontrol qrupa 15 nəfər, onlardan 8-i proliferativ diabetik retinopatiya, 7-si isə qeyri-proliferativ diabetik
retinopatiya ilə xəstə daxil olmuşdur. Kontrol qrupun pasiyentlərinin orta yaş həddi 56±1,3 təşkil etmişdir, onlardan
7 qadın və 8 kişi.

Tədqiqatın nəticələri
Aparılmış tədqiqata əsasən əsas qrupun pasiyentlərində Lutsentisin intravitreal
yeridilməsi fonunda görmə itiliyinin artması müşahidə edilmişdir (0,33±0,04 müalicədən əvvəl; 0,5±0,04
müalicədən sonra; p<0,05). Qeyri-proliferativ diabetik retinopatiya ilə xəstələrdə diabetik proliferativ retinopatiya
ilə müqayisədə (0,48±0,04) görmə itiliyinin artmasının daha yüksək göstəriciləri (0,52±0,05) qeyd edilmişdir,
lakin etibarlı fərq aşkar olunmamışdır (p<0,05).

Yekun
2 tip şəkərli diabet fonunda diabetik retinopatiya ilə xəstələrdə Lutsentisin intravitreal yeridilməsi
görmə itiliyinin artması, tor qişanın qalınlığının azalması, tor qişanın işıq stimullarına həssaslığının artması və
onun funksional və morfoloji göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.12.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2013. ВЛИЯНИЕ АНТИАНГИОГЕННОЙ ТЕРАПИИ НА МОРФОЛОГИЧЕСКИЕ И ФУНКЦИОНАЛЬНЫЕ ПАРАМЕТРЫ ГЛАЗА ПРИ РАЗЛИЧНЫХ СТАДИЯХ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ 2-ГО ТИПА. Azərbaycan Oftalmologiya Jurnalı. 13 (Dec. 2013), 31–37.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 > >>