İRVAN RETİNOVASKULİTİ (KLİNİKİ HAL)

Авторы

  • Quliyeva A.E.
  • Rüstəmbəyova G.R.
  • Veysəlli X.M.

Açar sözlər:

anti-VEGF terapiyası, İRVAN sindromu, panretinal lazerkoaqulyasiya, retinovaskulit

Xülasə

Məqalədə 12 yaşlı qızda sporadik xəstəliyin – anevrizma və neyroretinitli idiopatik retinal vaskulit sindromunun (İRVAN) klinik halı təsvir edilmişdir. Xəstə sağ gözdə görmə itiliyinin azaldığını, sol gözdə isə görmənin kəskin itkisini qeyd etdi. Müayinə zamanı makula və peripapilyar zonalarda çoxlu sərt eksudatlar və intraretinal qansızmalar, peripapilyar zonada və görmə sinirinin diskində anevrizmal genişlənmiş damarlar və neovaskulyarizasiya, həmçinin periferik retinal damarların perivaskulyar infiltrasiya və obliterasiyası; Sol gözün göz dibinin vizualizasiyası şüşəvari cisimdə qansızmalar səbəbindən mümkün olmamışdır. Pasiyentə ümumi və yerli steroid dərmanlar, sol gözə anti-VEGF preparatının intravitreal yeridilməsi və retinanın periferik lazer fotokoaqulyasiyası təyin edilmişdir.

Hər iki gözün görmə itiliyi 3 aylıq terapiyadan sonra artmışdır, sol gözdə şüşəvari cisimdə qansızmanın və perivaskulyar infiltratların sorulması, yeni əmələ gələn damarların sayında azalma müşahidə olunmuşdur.

İRVAN retinovaskuliti neovaskulyarizasiya və ekssudasiyanın inkişafı səbəbindən sürətli görmə itkisinə səbəb ola bilər. Xəstəliyin digər işemik retinopatiya ilə müqayisədə daha aqressiv gedişi səbəbindən lazer müalicəsinin erkən istifadəsi və anti-VEGF preparatlarının inyeksiyası zəruridir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.06.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR