АНГИОГЕННЫЕ ФАКТОРЫ В СЛЕЗЕ И КЛИНИКО-МОРФОЛОГИЧЕСКИЕ ПОКАЗАТЕЛИ ПРИ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ И ВОЗРАСТНОЙ МАКУЛЯРНОЙ ДЕГЕНЕРАЦИИ: ВЛИЯНИЕ РАБИНИЗУМАБА
Açar sözlər:
2-ci tip diabet, HbA1c, lakrimal maye, damar endotelinin artım faktoru (VEGF), monositar hemoatraktant zülal, fundus microrimetriya MAIA, optik koherens tomoqrafya, diabetik retinopatiya (DR), diabetik makulyar ödem (DMÖ), yaşa bağlı makula degenerasiyası (YBMÖ), tor qişanın mərkəzi qalınlığı (TQMQ), makulanın işığa həssaslığıXülasə
Məqsəd – 2-ci tip şəkərli diabet (ŞD) zamanı diabetik retinopatiya (DR) və yaşa bağlı makulyar degenerasiya (YBMD) müştərək göz dibi patologiyasının erkən diaqnostikası və müalicəsinin effektivliyinin artırılması.
Material və metodlar
Cəmi 90 pasiyent təhlil edilmişdir: kişilər - 43,8%; qadınlar - 56,2%; orta yaş həddi 65,5±1,8 il təşkil etmişdir. Xəstələr üç qrupa bölünmüşdür: i qrup – 2-ci tip ŞD olan DR və DMÖ ilə 30 xəstə; ii qrup – 2-ci tip ŞD olan DR və DMÖ olmayan – 30 xəstə (i və ii qrupa daxil olan 60 xəstədə YBMD-nın nəm forması olmuşdur); iii qrup – sağlam şəxslər. Ənənəvi müayinə üsulları: optotip proyektoru vasitəsilə maksimal görmə itiliyinin təyini, GDT ölçülməsi, gözün ön kəsiyinin biomikroskopiyası, düz və əks oftalmoskopiya. Həmçinin bütün pasiyentlərə RTVue-100 (OptpVue, ABŞ) tomoqrafında optik koherent tomoqrafya, MAiA (CenterVue Spa, İtaliya) cihazında fundusmikroperimetriya və FF 450 Plus (CarlZeiss, Almaniya) cihazında tor qişanın füoressein angioqrafyası aparılmışdır. Biokimyəvi analizin aparılması üçün aşağı konyuktiva tağından göz yaşı mayesi götürülmüşdür.
Nəticə
Bütün oftalmoloji göstəricilərdəki dəyişikliklər nəzarət qrupuna nisbətən statistik əhəmiyyətli olmuşdur (p <0.01). MAiA fundusmikroperimetriyanın nəticələrinə görə i və ii qrup xəstələrdə fksasiya sabitliyinin əhəmiyyətli dərəcədə enməsi müəyyən edilmişdir (p<0,05), bu da XNV-nin subfoveal yerləşməsi ilə əlaqədardır. Nəzarət qrupu ilə müqayisədə TQMQ-nın artması makulyar ödem ilə pasiyentlərdə daha çox ifadə edilmişdir (p <0.01).
Yekun
Gözyaşı mayesində göz dibinin müştərək patologiyası (DR və YBMD) zamanı damar endotelinin artım faktoru və monositar hemoatraktant zülal göstəricilərinin diaqnostik əhəmiyyəti təsdiq edilmişdir, antiangiogen terapiya fonunda 60%-ə qədər enməsi (р<0,05) müşahidə olunmuşdur. Göz yaşında morfo-funksional (maksimal korreksiya olunmuş görmə itiliyi, tor qişanın mərkəzi qalınlığı, makulanın işığa həssaslığı) və VEGF-A və Мср-1 göstəriciləri arasında əhəmiyyətli korrelyasiya aşkar edilmişdir. Bu da antiangiogen terapiya fonunda VEGF-A və Мср-1 səviyyəsinin enməsini DR və YBMD göz dibinin müştərək patologiyasının müalicə effektivliyinin qiymətləndirilməsi üçün istifadə etməyə imkan verir.